20 mart 2015 14:00

Almaniyanın hədəfi Bakıda yarımfinala yüksəlməkdir

Almaniyanın qadın voleybol komandasınn baş məşqçisi Luçiano Pedulla Avropa Oyunlarında yarımfinala yüksəlməyi hədəfləyir. Azerisport.az xəbər verir ki, 57 yaşlı italiyalı məşqçi Almaniya Voleybol Federasiyası (AVF) ilə müqavilə imzalayıb və mayın 18-də qadın voleybol komandasının başına keçəcək. Bu vaxtdan etibarən də o, Bakı 2015 Avropa Oyunlarına hazırlaşmağa başlayacaq.

"Bu il üçün ən yüksək hədəf Olimpiya Oyunları üçün kvalifikasiya qazanmaqdır. Başqa sözlə, biz turnirlərdə mümkün qədər yaxşı oynamaq istəyirik" – deyə cənab Pedulla AVF-nin veb-saytına verdiyi müsahibədə bildirib.

Olimpiya üçün təsnifat oyunlarından əvvəl cənab Pedulla Bakı 2015-də komandasına başçılıq edəcək. Məşqçinin Azərbaycanda keçiriləcək turnirlə bağlı hədəfləri böyükdür.

"Bakıda yarımfinala yüksəlmək istəyirik və püşkatma ilə düşdüyümüz qrupu nəzərə alsaq bu asan olmayacaq". Bu fikri cənab Pedula Rusiya, Serbiya, Niderland, Xorvatiya və Bolqarıstanla birgə iştirak edəcəkləri qrup haqqında danışarkən deyib.

Lakin cənab Pedulla bildirib ki, final nəticələrindən asılı olmayaraq Bakı 2015 alman oyunçular üçün faydalı olacaq:

“Dünyanın ən yaxşı oyunçalarına və komandalarına qarşı oynamaq bizim üçün çox vacibdir. İnkişafın ən yaxşı üsulu budur”.

Alman komandasının vəziyyəti məşqçini sevindirir:

"Mən ciddi-cəhdlə çalışmış və irəliyə doğru xeyli addım atmış bir komandanı təhvil alıram. Biz Avropada ən yaxşı komandalardan biri ola bilərik. Almaniyanın Rio Olimpiya Oyunlarında iştirak şansı çox yüksəkdir. Bilirəm ki, alman oyunçular güclü nizam-intizamla çox çalışırlar. Bu xoşuma gəlir. İdman zalında çox vaxt keçirməyin əleyhinə deyiləm".

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.