18 mart 2015 00:10

Bakı-2015 Milli Olimpiya Komitələrinin ikinci Kommunikasiya Seminarına ev sahibliyi edib

Bakı 2015 Avropa Oyunları Avropa Milli Olimpiya Komitələrinin mətbuat attaşeləri və beynəlxalq media nümayəndələri üçün nəzərdə tutulan ikinci və yekun Kommunikasiya Seminarına evsahibliyi edib. Azerisport.az xəbər verir ki, iki günlük proqram müddətində Avropadan olan 54 nəfər nümayəndə Bakı 2015 obyektlərini ziyarət edib və Avropa Oyunlarına hazırlıq işlərini və Oyunlar zamanı media nümayəndələri üçün təşkil olunacaq şəraiti əhatə edən plenar sessiyada iştirak edib.

Mətbuat Əməliyyatları, Protokol, Yayım və Kommunikasiya şöbələrinin rəhbər heyətləri daxil olmaqla bir neçə Bakı 2015 direktoratlığı seminar iştirakçıları üçün təqdimatlar ediblər. Nümayəndələr, həmçinin, yeni ilin və baharın gəlişini xəbər verən Novruzun axır çərşənbəsini də qeyd ediblər.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: “Milli Olimpiya Komitələrinin kommunikasiya komandaları və onların ilk Avropa Oyunlarını işıqlandıracaq media nümayəndələri ilə əlaqələrin gücləndirilməsi bizim üçün çox vacibdir. Bütövlükdə Avropanı qitənin idman təqvimində yer alan bu geniş miqyaslı tədbirlə yaxından tanış etmək, Oyunlarla bağlı gözləntiləri artırmağa kömək etmək və Azərbaycanda gördüyümüz işlər haqqında ictimaiyyəti məlumatlandırmaq üçün Milli Olimpiya Komitələrinin dəstək və əməkdaşlığı böyük əhəmiyyət kəsb edir".

Milli Olimpiya Komitələrinin kommunikasiya əməkdaşları ilə yanaşı, 1000-dən çox avropalı jurnalistin Bakı 2015 Avropa Oyunlarına qatılması nəzərdə tutulur. Mətbuatın böyük maraq göstərməsi səbəbilə jurnalistlərin akkreditasiyası üçün son müraciət tarixi 3 aprel 2015-ci ilədək uzadılmışdır.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Mətbuat əməliyyatları şöbəsinin direktoru xanım Ceyn Pirs qeyd edib: “Bu, Avropa Milli Olimpiya Komitələrini və mətbuatı Avropa Oyunları haqqında məlumatlandırmaq, Oyunlar zamanı Bakı 2015 Əməliyyat Komitəsinin necə işləyəcəyini onlara tam şəkildə izah etmək üçün əla fürsətdir.

Biz, həmçinin, Bakı 2015 Avropa Oyunları zamanı “I-Zona”nın işləmə prinsiplərini nümayiş etdirmək imkanı da əldə etdik. Bu, Oyunlar zamanı Media “Mix” Zonasını və Media Konfrans Otağını əvəzləyəcək yeni konsepsiyadır".

Bütün qəzetlərin, internet səhifələrinin, radio və televiziya stansiyalarının işıqlandıracağı 17 günlük birinci Avropa Oyunlarında 6000-dən çox idmançı yarışacaq.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommunikasiya şöbəsinin direktoru cənab Uilyam Lui-Mari söyləyib: “Milli Olimpiya Komitələrinin Bakı 2015 Avropa Oyunları ilə bağlı hazırlıq işlərinə tam şəkildə cəlb olunması bizim üçün çox əhəmiyyətlidir və biz ilk Avropa Oyunlarının uğurla həyata keçirilməsinə yardım edəcək bütün müvafiq yenilik və xəbərlərin çatdırılması üçün onlarla sıx əməkdaşlıq edirik".

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.