16 mart 2015 15:15

Avropa Oyunlarında su polosu üzrə iştirak üçün son təsnifat yarışları keçiriləcək

Bakı 2015 çərçivəsində Su Polosu turnirlərində iştirak uğrunda yarışlar bütün Avropa ölkələrində keçiriləcək. Azerisport.az xəbər verir ki, Bakı 2015 Avropa Oyunları çərçivəsində 16 komandanın iştirakı edəcəyi kişilər arasında Su Polosu yarışlarında iştirak hüququ əldə etmək məqsədilə son səkkiz lisenziya uğrunda 22 ölkə, 12 komandanın iştirakı edəcəyi qadınlar arasında Su Polosu yarışlarında iştirak hüququ əldə etmək məqsədilə isə son altı lisenziya uğrunda 13 ölkə mübarizə aparacaq.

Kişilər arasında təsnifat yarışları dörd qrupda keçirilir və hər qrupda ilk iki yeri tutacaq komandalar Azərbaycandakı yarışlara qatılmaq hüququ əldə edəcəklər. Yarışlarda həmin ölkələrlə yanaşı ötən il kiçik qitə çempionatında seçmə yarışların qalibi olmuş  və kişilərdən ibarət yeddi komanda və yarışlara ev sahibliyi edəcək Azərbaycan da təmsil olunacaq.

Qadınlardan ibarət  komandaların iştirakı ilə üç seçmə qrupda mübarizə aparan komandalardan da ilk iki yeri tutacaq komandalarla yanaşı  ötən il kiçik qitə çempionatında seçmə yarışların qalibi olmuş  beş komanda və yarışlara ev sahibliyi edəcək Azərbaycan sambo yarışlarında iştirak edəcək.

Hər iki təsnifat yarışı martın 15-dək davam edəcək.

Kişilərin yarışlarına ev sahibliyi edən ölkələr Hollandiya (Yunanıstan, Ukrayna, Belarus, Sloveniya və Portuqaliya ilə birlikdə A qrupunda); Avstriya (Türkiyə, Gürcüstan, Slovakiya, Bolqarıstan və Moldova ilə birlikdə B qrupunda); Polşa (Rumıniya, Fransa, İsrail və Çex Respublikası ilə birlikdə C qrupunda) və Maltadır (Almaniya Böyük Britaniya, İsveçrə və Latviya ilə birlikdə D qrupunda).

Qadınlardan ibarət komandalar arasında yarışlar isə üç qrupda - Fransanın (Böyük Britaniya, Çexiya, İsveçrə və Portuqaliya ilə birlikdə A Qrupunda), Slovakiyanın (Türkiyə, İsrail və Bolqarıstanla birlikdə B Qrupunda) və Serbiyanın (Almaniya, Xorvatiya və Rumıniya ilə birlikdə C qrupunda) ev sahibliyi ilə keçirilir.

Malta yığmasının baş məşqçisi Karl İzzo hesab edir ki, kişilərin D qrupunda təmsil olunan Almaniya ən güclü tərəfdir, Britaniya da fiziki hazırlıq baxımından çox güclüdür.

“Biz yəqin ki, Britaniyalılarla və İsveçrə ilə mübarizə aparacağıq  və tam potensialımızla oynaya bilsək,  bu bizə Bakıdakı Oyunlara vəsiqə qazanmaq şansı verir.” - deyə İzzo “Times of Malta” qəzetinə bildirib.

Böyük Britaniyanın qadınlardan ibarət yığmasının baş məşqçisi cənab Nik Buller son hazırlıqlar çərçivəsində A qrupundakı komandalardan olan Fransa və Çexiya üzərində qələbədən sonra turnirə qatılacaqlarından əmin olduğunu deyiblər.

“Komanda daxilində inam yüksəkdir və biz Fransa və Çexiyaya qarşı çıxışlarımızı təkrar etmək əzmindəyik”, - deyə cənab Buller bildirib.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.