11 mart 2015 14:30

Macarıstan Bakı 2015-də avarçəkmə medallarını qazanacağına ümid edir

Macarıstanın Olimpiya liderləri idmançılarının xüsusilə Bakı 2015 yarışlarında avarçəkmə üzrə güclü nəticələr göstərəcəyinə ümid edirlər. Azerisport.az xəbər verir ki, Macarıstan Olimpiya Komitəsinin (MOK) prezidenti cənab Zsolt Borkai komitənin internet səhifəsinə verdiyi müsahibədə deyib ki, o, Macarıstan idmançılarının Bakı 2015 Avropa Oyunlarında maksimal nəticə göstərəcəklərinə ümidlidir.

“Biz heç vaxt taktika işlətmirik. Biz var gücümüzlə mübarizə aparırıq. Biz Bakı 2015 Avropa Oyunlarına bu əhval-ruhiyyə ilə hazırlaşırıq” – deyə cənab Borkai bildirib.

Prezident Macarıstanın Bakı 2015 oyunlarında avarçəkmə üzrə yüksək nəticə göstərəcəyindən əminliyini bildirib: “Avropa Oyunlarında avarçəkmə yarışları Dünya Çempionatlarında Olimpiya Oyunlarına təsnifat hazırlıqlarına tamamilə uyğun gəlir. Bakıda bizim güclü komandamız yarışacaq”.

Macarıstan Olimpiya tarixində ümumən 77 medal qazanıb ki, bunun da 22-si qızıl medaldır. Bu ölkə avarçəkmə yarışlarında ən çox medal qazanan ölkələrdən biridir və Sovet İttifaqından (29) və Almaniyadan (28) sonra üçüncü yeri tutur. Macarıstan artıq Bakı 2015 Avropa Oyunlarında 143 idmançınn iştirak edəcəyini təsdiq edib. Bu rəqəmin Bakı 2015 Oyunları başlayanadək 200-ə çatacağı gözlənilir.

2015 Oyunları Rio 2016 Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıdığından cənab Birkai Bakı 2015-ə xüsusi diqqət yetirildiyini söyləyib: “Biz Avropa Oyunlarına xüsusi önəm veririk, belə ki bu, Avropa Olimpiya Hərəkatının çoxşaxəli idman tədbiridir”. O, belə əlavə edib: “Əminəm ki, Azərbaycan həqiqətən də Olimpiadaya layiq şəkildə bir tədbir keçirəcəkdir. Bizim üçün Bakı, 2016 Olimpiya Oyunlarına əlavə məşq olacaqdır”.

Macarıstanın İdman və Gənclər üzrə dövlət katibi cənab İstvan Simicsko Avropanın qitədə çoxşaxəli idman tədbirinə start verməsinin müsbət hadisə olduğunu bildirib. O, Avropa Oyunlarının öz rolunun öhdəsindən şərəflə gələcəyinə inanır.

Cənab Simicsko  inanır ki, həmvətənləri Bakıda möhtəşəm çıxış nümayiş etdirəcəklər: “Heç şübhəm yoxdur ki, Macarıstan atletləri Rio Olimpiya oyunlarından bir il əvvəl keçirilən  Bakı yarışlarında ənənəmizə sadiq qalaraq çıxış edəcəklər”.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.