11 mart 2015 12:45

Bakı-2015 öncəsi güləş üzrə sınaq yarışı keçiriləcək

“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi və Azərbaycan Güləş Federasiyası iyun ayında keçiriləcək birinci Avropa Oyunlarından əvvəl 16-19 aprel tarixlərində Bakıda güləş üzrə sınaq yarışlarının keçirilməsi ilə bağlı bu gün Anlaşma Memorandumu imzalayıblar. Azerisport.az xəbər verir ki, anlaşma memorandumu “Bakı 2015” Avropa Oyunlarının baş qərargahında Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti və Dunya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev və “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov tərəfindən imzalanıb.

“Azərbaycan Güləş Federasiyası və “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi arasında Anlaşma Memorandumunun imzalanması ilə əlaqədar öz məmnunluğumu bildirirəm. Keçiriləcək sınaq yarışları idmançılar, hakimlər və rəsmi şəxslərin Avropa Oyunlarında iştirakı  üçün zəmin rolunu oynayacaq”-deyə, cənab Əliyev qeyd etmişdir.

16-19 aprel tarixlərində Heydər Əliyev adına İdman Arenasında keçiriləcək sınaq yarışlarında ümumilikdə 400 güləşçinin iştirakı  gözlənilir.

Cənab Səfərov deyib: “Sınaq yarışları ilk Avropa Oyunlarına hazırlıq üzrə xüsusi əhəmiyyət daşıyır və gözlənilən yarışlar barədə məlumatlılığın artırılmasına yardım edir.

“Azərbaycan zəngin güləş tarixinə malikdir və keçiriləcək sınaq yarışlarının, eləcə də “Bakı 2015” Avropa Oyunlarının geniş sayda yerli dəstək qazanacağına əminliyimi bildirmək istərdim".

Heydər Əliyev adına İdman Arenası müxtəlif idman növləri üzrə 30-dan çox beynəlxalq idman yarışlarına ev sahibliyi etmişdir. “Bakı 2015” Avropa Oyunları zamanı İdman Arenasında 13-18 iyun tarixlərində güləş, eləcə də 25-28 iyun tarixlərində cüdo və 22 iyun tarixində sambo üzrə yarışlar keçiriləcəkdir.

16-19 aprel tarixlərində keçiriləcək güləş və boks yarışları üzrə media nümayəndələrinin akkreditasiyası başlayıb.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.