6 mart 2015 13:15

Bakı-2015 akkreditasiyadan keçmə müddətini uzatdı

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin bugünkü elanına əsasən bu yay keçiriləcək birinci Avropa Oyunları üçün mətbuat nümayəndələrinin akkreditasiyadan keçmə müddəti rəsmi olaraq uzadılıb. Azerisport.az xəbər verir ki, akkreditasiyadan keçmək üçün son tarix ilkin olaraq cümə günü, 6 mart tarixi seçilmişdi.

Lakin mətbuat nümayəndələri tərəfindən göstərilən böyük maraq və ərizələri təqdim etmək üçün daha çox vaxtın olması ilə bağlı çoxsaylı müraciətlər nəzərə alınaraq həmin tarix cümə günü, 3 aprelədək uzadılıb.

Bakı 2015 Avropa Oyunlarını işıqlandırmaqda maraqlı olan mətbuat nümayəndələrinə akkreditasiyadan keçmək üçün son tarixdən öncə müraciət etmələrini tövsiyə edirik, çünki həmin tarixdən sonrakı müraciətlər qəbul edilməyəcəkdir. Təsdiqini tapdıqdan sonra beynəlxalq mətbuat nümayəndələrinə Azərbaycana daxil ola bilmələri üçün viza xidməti göstərəcək kart göndəriləcək.

Yerlərin sayı məhdud olduğundan mətbuat nümayəndələrini yeni tikilmiş Media Kəndində otaq (səhər yeməyi daxil olmaqla bir gecə üçün 50 Avro və ikinəfərlik iki çarpayısı olan otaq üçün bir gecəsi 65 Avro) bron etməyə çağırırıq. Atletlər Kəndinin yanında yerləşən Media Kəndi bütün Bakı 2015 obyektləri üçün nəqliyyat qovşağı rolunu oynayacaq və orada iş və iaşə obyektləri yerləşəcək.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.