5 mart 2015 18:30

Avropa Oyunlarını Polsat da göstərəcək

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu yay keçiriləcək birinci Avropa Oyunlarının Polşada yayımını təmin etmək üçün Polsat idman kanalı ilə saziş imzalayıb. Azerisport.az xəbər verir ki, sazişə əsasən Polşanın ən böyük özəl televiziya şəbəkəsi olan Polsat Avropa Oyunlarını hər gün azı altı saat müddətində, o cümlədən, gündəlik əsas məqamları yayımlayacaq. Möhtəşəm Açılış və Bağlanış Mərasimləri həmçinin nümayiş etdiriləcək.

Digər mühüm üstünlüklərlə yanaşı, Polsat UEFA Avropa Təsnifat Yarışlarının, UEFA Avropa Kubokunun (2016), Uimbldon tennis turnirlərinin, Şosse velosiped üzrə dünya çempionatının (2015), 2015-ci və 2017-ci illərdə Polşada keçiriləcək  Avropa Voleybol Çempionatlarının və Kişi Avropa Həndbol Çempionatının (2016) yayımını təmin edən yeganə kanaldır.

Avropa Oyunlarının Əməliyyatlar üzrə baş icraçı direktoru cənab Saymon Kleq bildirib: "Birinci Avropa Oyunlarının Polsat və Polsat Sport kanalları vasitəsilə polşalı idmansevərlərə nümayiş etdiriləcəyi xəbəri məni çox sevindirdi. Məqsədimiz Avropa Oyunlarını mümkün qədər geniş tamaşaçi auditoriyası arasında bölüşməkdir və bu məqsədə nail olmaq üçün səylə işləməyə davam edəcəyik".

Bu sazişin bağlanması ilə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi Amerika Birləşmiş Ştatları, Çin, və Ərəb ölkələri daxil olmaqla dünyanın 53 ölkəsində yayımlanmasını təmin edəcək sazişilərin  bağladığını elan etmiş oldu.

Polsat kanalının idman departamentinin rəhbəri cənab Pyotr Paykel deyib: "Avropa Oyunları beynəlxalq idman təqviminidə son 50 ildə keçirilmiş ən mühüm tədbirlərdən biridir və bağladığımız saziş polşalı idman azarkeşlərinə Oyunlarda iştirak edəcək idmançıların çıxışlarını izləməyə imkan yaradacaq.  Polsat vasitəsi ilə Bakı 2015 yarışlarını Polşaya yayımlamaq üçün bizə verilən ekslüziv hüquqla fəxr edirik və səbirsizliklə möhtəşəm 17 günlük yarışların yayımlanacağını  gözləyirik".

Polşa Milli Olimpiya Komitəsinin prezidenti cənab Andjey Kraşnitski əlavə edib: "Avropa Oyunları idman dünyasında mühüm bir hadisədir və ən az 12 idman növü üzrə idmançılara Olimpiya oyunlarına təsnifat imkanı verəcək. Avropa Oyunları polşalı idmançıların beynəlxalq arenada mübarizə aparması üçün mükəmməl imkandır və Polsat kanal vasitəsilə bu cür tədbiri yayımlanacağı xəbərini duymaq çox xoşdur".

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.