4 mart 2015 18:15

Avropa Oyunlarının medal tərtibatı ictimaiyyətə təqdim edildi

Bu gün Bakı 2015 Avropa Oyunları bu ilin 12-28 iyun tarixləri arasında keçiriləcək ilk Oyunların medal tərtibatını təqdim etməklə Oyunlaradək qalan 100 günlük gerisayımın başladığını qeyd edib. Azerisport.az xəbər verir ki, Bakı 2015 həmçinin uşaqlar və yaşı 16-dan az olan yeniyetmələr üçün əksər yarışlara biletlərin pulsuz olacağını, böyüklər üçün isə biletlərin münasib qiymətə satışa çıxarılacağını elan etdi. Yeni tərtibatlı Bakı 2015 internet səhifəsi də istifadəyə verildi.

Bu gün təqdim olunan qızıl, gümüş və bürünc medalların üzərində dekorativ Bakı 2015 brendinə uyğun şəkildə hazırlanmış unikal təsvirlər əks olunub. Mərkəzində Bakı 2015 loqotipi olan tərtibat dinamik, heyrətamiz və zəngin mədəniyyətə malik ev sahibi şəhərin metaforasıdır. Medalın əks tərəfi isə Avropa Olimpiya Komitələrinin emblemini və mətn simvolunu əks etdirir.

Medallarn tərtibatı Soçi 2014 Qış Olimpiya və Paralimpiya Oyunlarının medallarını da hazırlamış məşhur zərgərlik brendi Adamas-la Azərbaycanlı rəssam Nərgiz Hüseynovaya məxsusdur. Medallar “Azərsuvenir” şirkəti tərəfindən Azərbaycanda istehsal ediləcək.

Azərbaycanın Gənclər və İdman naziri və Bakı 2015 Oyunlarının baş icraçı direktoru cənab Azad Rəhimov çıxışında bildirdi: "Birinci Avropa Oyunları idmançılarının nailiyyətlərini bu tədbirin özü kimi unikal medal tərtibatı ilə mükafatlandırmaq hər zamankı məqsədimiz olmuşdur. Oyunların  başlamasına sadəcə 100 gün qalıb və mən əminəm ki, bu möhtəşəm medallar idmançılara ilham verəcək və iyunda baş tutacaq yarışlara gerisayımın başladığı bir müddətdə ictimaiyyətin marağını daha da artıracaq.”

Bakı 2015 Oyunlarının İdmançı Xidmətləri və Əməliyyatlar departamentinin direktoru cənab James Macleod dedi: "Birinci Avropa Oyunlarında medal qazanmaq Bakı 2015 yarışlarında rəqabət aparan idmançıların karyeraları üçün böyük dönüş nöqtəsi olacaq. Medalların tərtibatında həm bu cür nailiyyət qazanma hissi, həm də Oyunlara ev sahibliyi edən Azərbaycana məxsus milli motivlərə eyhamlar əks olunur."

Bakı 2015 bu gün həm də birinci Avropa Oyunları üçün bilet siyasətinə açıqlıq gətirdi. Böyüklər üçün idman yarışlarına biletlərin qiymət aralığı yarışın raundu (ilk və ya final), oturacaq kateqoriyası və yarış məkanından asılı olaraq 2-5 manat təşkil edəcək. Şəxsiyyəti təsdiq edən sənədləri olan böyüklərin (18 yaş və ondan yuxarı) himayəsində etibarlı biletləri olan uşaqlar və yaşları 16-dan az olan yeniyetmələr əksər yarış məkanlarına pulsuz giriş əldə edəcəklər.

Lakin Heydər Əliyev adına İdman Arenasınada və Milli Gimnastika Arenasında keçirilən yarışlar istisna təşkil edəcək, burada 16 yaşdan kiçik şəxslər üçün biletlər sadəcə 1 manat olacaq.

Açılış və Bağlanış Mərasimlərinin bütün yaş qruplarından olan tamaşaçılar üçün bilet qiymətləri fərqli və əlverişli olacaq. Açılış Mərasim üçün biletin qiyməti 20 manatdan, və Bağlanış Mərasim ücün 10 manatdan başlayır.

Bakı 2015 Oyunlarının əməliyyatlar üzrə baş icraçı direktoru cənab Saymon Kleq dedi: "Bilet siyasətinin bu gün açıqlanması məni çox qürurlandırır. Bunun sayəsində biz Avropa Oyunları yarışları təcrübəsini ailələr də daxil olmaqla daha geniş auditoriyalarla paylaşa biləcəyik. Bakı 2015 Avropalı idmançılara və onların idman nailiyyətlərinə, həmçinin verdikləri ilhamı ictimaiyyətə çatdırmağa yönlənmiş bir tədbirdir."

“Birinci Avropa Oyunları medallarının bədii tərtibatını ictimaiyyətə təqdim etməklə 100 günlük gerisayımın başlanğıcını qeyd etmək və Bakıda yarışacaq qitənin ən güclü idmançılarının uğurlarını səbirsizliklə gözləmək də həyəcanvericidir. Biz idmançılara onların özlərini daha yaxşı göstərə biləcəkləri bir arena təmin etməliyik və mən bu gözoxşayan medal tərtibatlarının onların cəhdlərinə qarşılıq verəcəyinə inanıram.”

Bakı 2015 Avropa Oyunları yarışlarına və Mərasimlərinə giriş biletlərinin qiymətləri haqqında ətraflı məlumat yenilənmiş www.baku2015.com səhifəsindən əldə edilə bilər.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.