4 mart 2015 17:00

San Marino Bakı-2015-də iştirak üçün üç idmançını müəyyənləşdirib

San Marinonun Olimpiya rəsmiləri öz idmançılarına Bakı 2015 Avropa Oyunlarında iştirak üçün üç yer veriblər. Azerisport.az xəbər verir ki, San Marinonun Olimpiya rəsmiləri öz idmançılarına Bakı 2015 Avropa Oyunlarında iştirak üçün üç yer veriblər. 

San Marino nümayəndəliyi Bakı 2015 Avropa Oyunlarında iştirak üçün bu yerləri cudoçular Karim Qərbiyə və Cessika Zannoniyə, eləcə də Stolüstü Tennisçi Letizia Giardiyə təqdim etmişlər. Məqsəd bu üçlüyə Rio 2016 Olimpiya Oyunlarında iştirak etmək üçün vəsiqə qazanmaq imkanı yaratmaqdır.

Qərbi 2013-cü ildə Lüksemburqda keçirilmiş Kiçik Ölkələrin Oyunlarında 100 kq çəkidə qızıl medal qazanmışdı. 23 yaşlı idmançı həmçinin 2012-ci ilin mart ayında Malta Beynəlxalq Açıq Çempionatında da birinci yeri tutmuşdu.

30 yaşlı Zannoni Kiçik Ölkələrin Oyunlarında 1999-cu və 2001-ci illərdə 70 kq çəkidə və 2003-cü ildə  63 kq çəkidə gümüş medallar qazanmışdı. 2014-cü ilin noyabrında Zannoni İtaliya çempionatında 78 kq çəki kateqoriyasında üçüncü yeri tutdu.

Giardi bu mövsümdə Beynəlxalq Stolüstü Tennis Federasiyasının “Cadet Circuit” yarışlarında iştirak etmiş və İtaliya Çempionatına vəsiqə qazanmış üç San Marino idmançısından biri olub.

Bu yaxınlarda San Marino nümayəndə heyətinin sədri cənab Federiko Valentini digər 21 Milli Olimpiya Komitəsinin (MOK) nümayəndələri ilə birlikdə MOK-un Açıq Gün tədbirində iştirak etmək məqsədilə Bakıda olub. Tədbir zamanı təqdimatlarda, seminarlarda, idman proqramlarının təhlili və digər işlərdə son hazırlıqların gedişi barədə məlumat verilib. 

Cənab Valentini San Marino MOK-un internet səhifəsində qeyd edib: "Deməliyəm ki, Azərbaycandakı təkşilat işləri məni heyran etdi. Məncə bütün təşkilat məsələləri və obyektlər Avropa Oyunlarına qədər vaxtında hazır olacaq". O əlavə edib: "Biz idmançılar və məşqçilər üçün rahat məişət şəraitinin yaradıldığını gördük. Və mən gərgin olacağı gözlənilən bu yay barədə Bakıdan çox razı və xoş əhval ruhiyyə ilə qayıdıram."

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.