4 mart 2015 16:00

Norveç Bakı 2015-də üç medal qazanmağı hədəfləyir

Birinci Avropa Oyunlarına yüz gün qalıb və Norveç Bakıdan evə azı üç medalla qayıdacağına ümid edir.

"Məqsədimiz azı üç medal və  bundan əlavə azı beş idman növündə son səkkiz komanda sırasına daxil olmaqdır". Azerisport.az xəbər verir ki, bunu Norveçin Bakı 2015 nümayəndə heyətinin rəhbəri cənab Tore Ovrebo Norveç Olimpiya Komitəsinin bir hissəsi olan və ölkənin elit idmançılarının hazırlanmasına görə məsuliyyət daşıyan “Olympiatoppen”in saytında bildirib.

Cənab Ovrebo deyib ki, Norveçi güləş, karate, boks, velosiped idmanı, kamandan oxatma, triatlon və atıcılıq idman növləri üzrə təmsil edən idmançılar pyedestala çatmaq üçün potensiala malikdirlər.

Rio 2016 Olimpiya Oyunları üçün atıcılıq və triatlon idman növləri üzrə kvota yerləri Bakı 2015-də qazanıla bilər.

"Norveç komandası üçün məqsəd Bakıda iki kvota yeri tutmaqdır", - deyə cənab Ovrebo bildirib və belə əlavə edib: "Norveç komandası istedad səviyyəsi, ambisiya və yaş baxımından müxtəlifliyi ilə seçilir. Bəzi idman növləri Bakıya medal qazanmaq potensialı olan görkəmli idmançılarla gedir. Digərləri çempionat təcrübəsi qazanmaq və gələcək böyük ambisiyalar üçün bünövrə qoymaq üçün gedirlər".

Cənab Ovrebo sözünə belə davam edib ki, bu yarış həmçinin ölkənin bəzi gənc idmançıların inkişaf prosesinin bir hissəsinə çevriləcək: "Avropa Oyunları gənc idmançılar, xüsusən üzgüçülük idmanındakı azyaşlılar üçün müstəsna inkişaf arenası olacaq”.

Cənab Ovrebo qeyd edib ki, azyaşlılar arasında ruh yüksəkliyini artırmağa çalışırlar: "Federasiya və Olympiatoppen razılaşırlar ki, Avropa Oyunlarında azyaşlılar qarşısında hədəflər qoyulmamalıdır. Əsas məqsəd ruh yüksəkliyi, motivasiya, öyrənmək və inkişaf olmalıdır".

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.