4 mart 2015 00:00

Bakı-2015 Gimnastika yarışı üzrə püşkatmanın nəticələri elan olundu

Baku 2015 Avropa Oyunları Əməliyyat Komitəsi Gimnastika yarışı ilə bağlı olaraq Bakı şəhərində Milli Gimnastika Arenasında həyata keçirilmiş püşkatmanın nəticələrini təsdiq edib. Azerisport.az xəbər verir ki, Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Corc Qelzek tərəfindən rəhbərlik edilən və Azərbaycan Gimnastika Federasiyası (AGF) və Bakı 2015 tərəfindən kömək göstərilən püşk birinci Avropa Oyunlarında Gimnastların beş gimnastika növü üzrə yarışacağı qaydanı müəyyənləşdirir. 

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin İdman Şöbəsinin direktoru cənab Pirs O’Kallaqan demişdir: “Bu gün birinci Avropa Oyunlarında möhtəşəm və həyəcanverici Gimnastika yarışının baş tutmasına imkan yaradan əhəmiyyətli bir tədbir qeyd olunur.  Mən əminəm ki, UEG və AGF-in dəstəyi ilə biz bu yay Bakı şəhərində həm atletləri, həm də tamaşaçıları məmnun edəcək və əyləndircək bir yarış həyata keçirəcəyik.”

Püşkatma tədbiri 4-6 mart tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək Gimnastika üzrə Birgə Açıq Azərbaycan Çempionatı ərəfəsində baş tutub. Gimnastika üzrə Birgə Açıq Azərbaycan Çempionatı Avropa Oyunları öncəsi keçirilən “Baku Prepares” tədbirləri çərçivəsində təşkil olunan sınaq yarışıdır.

Avropanın ən yaxşı gimnastları aşağıdakı beş növdə yarışacaq:

İdman Gimnastikası: Yarışlar 14 iyundan başlayaraq dörd gün davam edəcək; 179 kişi və qadın idmançının iştirakı ilə komanda və fərdi çıxışlarda 14 komplekt medal oynanılacaq. 

Aerobika Gimnastikası: Yarışlar 17 iyundan başlayaraq üç gün davam edəcək; qarışıq cütlərdə və qruplarda 67 idmançının iştirakı ilə 2 komplekt medal oynanılacaq.

Akrobatika Gimnastikası: Yarışlar 17 iyundan başlayaraq üç gün davam edəcək; 55 idmançının iştirakı ilə qarışıq cütlərdə və qadınların qrup yarışlarında 6 komplekt medal oynanılacaq.

Bədii Gimnastika: Yarışlar 17 iyundan başlayaraq üç gün davam edəcək; 93 idmançının iştirakı ilə qadınların qrup və fərdi yarışlarında 8 komplekt medal oynanılaçaq.

Batut Gimnastikası: Yarışlar 17 iyundan başlayaraq üç gün davam edəcək; 53 kişi və qadın idmançının iştirakı ilə fərdi və sinxron yarışlarında 4 komplekt medal oynanılacaq.

Bütün bu idman növləri üzrə yarışlar 6,800 nəfərlik yeni istifadəyə verilmiş və həm də Azərbaycan Gimnastika Federasiyasının yerləşdiyi Milli Gimnastika Arenasında keçiriləcəklər. Milli Gimnastika Arenası Atletlər Kəndindən piyada gediləcək məsafədə yerləşir. Arena 2014-cü ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əlyev və Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva tərəfindən rəsmən açılmışdır.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.