20 fevral 2015 16:45

Bakı-2015 ABŞ-ın idman televiziya şəbəkəsi ilə yayım sazişi imzaladı

Bakı-2015 Avropa Oyunları bu yay baş tutacaq ilk Avropa Oyunlarının ABŞ-da yayımlanmasını təmin etmək məqsədilə “Universal Sports Network” ilə saziş imzalayıb. Azerisport.az xəbər verir ki, 12-28 iyun tarixləri arasında Universal Sports Network öz kanalında və UniversalSports.com internet səhifəsində möhtəşəm Açılış və Bağlanış Mərasimləri də daxil olmaqla Azərbaycanda keçirilən Avropa Oyunları haqqında gündəlik proqram yayımlayacaq.

Bununla yanaşı, “Universal Sports Network” həmçinin Avropa Oyunlarının Kanadada yayımlanması üçün yayım hüququ əldə edir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: "Universal Sports Network” ilə bu sazişin imzalanması Bakı 2015 üçün mühüm bir təkandır və Oyunların dünyanın ən böyük tamaşaçı auditoriyasına nümayiş etdirilməsini təmin edir. Bu saziş birinci Avropa Oyunlarına bütün dünyada ciddi marağın olduğunu bir daha sübut edir və mən əminəm ki, ABŞ-da yaşayan idman həvəskarları bu yay həyata keçəcək yarışları izləməkdən zövq alacaqlar".

Bu saziş ilə Bakı 2015 Avropa Oyunları yarışların dünyanın 50 ölkəsində yayaımlanacağını elan edib.

“Universal Sports Network” bütövlükdə ABŞ ərazisində Time Warner Cable, Cox Communications, Bright House Networks, Verizon FiOS, həmçinin DIRECTV və DISH kimi peyk yayımları və ölkədə fəaliyyət göstərən bir sıra regional kabel və IPTV operatorları vasitəsilə yayımlanır.

“Universal Sports Network” şirkətinin Məzmun və Kommunikasiya üzrə birinci vitse prezidenti cənab Robert Ceyms deyib: "İlk Avropa Oyunlarının nümayişi “Universal Sports Network” şirkətinin beynəlxalq Olimpiya yarışlarına dair öhdəliyini əks etdirir.

Təmsil olunan Avropa ölkələri və Oyunlarda iştirak edən nüfuzlu idmançılar ABŞ-dakı idman həvəskarı tamaşaçılarımızın maraqlı və həyəcanverici yarışlar izləyəcəyini vəd edirlər. "Universal Sports Network” ABŞ-da olimpiya, güc və ekstremal idman növləri haqqında proqramların başlıca ünvanıdır. Hər il 1200 saatdan çox orijinal proqram yayımlayan “Universal Sports” 25-dən çox dünya çempionatını eksklüziv yayımlama hüququna malikdir və illik olaraq 40-dan çox idman növü üzrə yarışan dünyanın ən uğurlu idmançılarını tamaşaçılarına nümayiş etdirir. 

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.