19 fevral 2015 18:30

Bakı-2015 ikinci diplomatik brifinqə ev sahibliyi edir

Bakı 2015 Avropa Oyunları bu gün Azərbaycana akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri üçün ikinci brifinqə ev sahibliyi etmişdir. Azerisport.az xəbər verir ki, Bakı 2015-in rəhbər şəxsləri ilk Avropa Oyunlarının keçirilməsinə az müddətin qaldığı bir zamanda əldə edilmiş irəliləyişlər və Oyunların Azərbaycan xalqına qoyacağı miras haqqında beynəlxalq nümayəndələr qarşısında təqdimatlar keçirmişlər. 

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru və Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Azad Rəhimov demişdir: "Bu ikinci diplomatik brifinq Bakı 2015 heyətinə Bakı 2015 Avropa Oyunlarına gedən yolda əldə edilmiş nailiyyətlər haqqında diplomatik ictimaiyyəti məlumatlandırmaq imkanı verdi".

“Oyunlara ev sahibliyi etməklə biz Bakının işgüzar və mədəniyyət mübadilələri üçün açıq, müasir və dinamik bir şəhər olduğunu və gündən-günə daha da inkişaf etdiyini bütün dünyaya göstərmək istəyirik".

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində keçirilən tədbirdə Azərbaycanda olan 68 diplomatik missiyadan 80-dən çox nümayəndə və o cümlədən bir sıra qeyri-rezident nümayəndə iştirak etmişdir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin əməkdaşı cənab Ruslan Abdullayev qrup qarşısında çıxış etmiş və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq Avropa Oyunlarına gedən yolda əldə edilmiş irəliləyişlər haqqında ümumi məlumat vermişdir.

Cənab Kleq demişdir: “Missiya rəhbərlərini hal-hazırda davam edən hazırlıq işləri və ilk Avropa Oyunlarından gözləntilərlə bağlı məlumatlandırmaq olduqca xoşdur. Bizim üçün diplomatik ictimaiyyət əsas maraqlı tərəf qurpudur və bu səbəbdən də bu cür önəmli bir tədbir ərəfəsində Bakının həmişə olduğundan daha çox izləyici qəbul edəcəyini nəzərə alaraq onlarla sıx əməkdaşlıq etməyə ümid edirik. Oyunlarda mümkün olduğu qədər daha çox sayda izləyicinin iştirak edə bilməsi üçün biz missiyalarla açıq dialoqu davam etdirəcəyik".

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.