19 fevral 2015 16:15

Bakı-2015 Kommunikasiya şöbəsi üzrə direktor müavini təyin edib

Bakı-2015 Avropa Oyunları bu gün Kolin Gibsonu vəzifə öhdəliklərinin dərhal icrasına başlaması surətilə Kommunikasiya şöbəsi üzrə direktor müavini təyin edib. Azerisport.az xəbər verir ki, Gibsonun təyinatı ilk Avropa Oyunlarının yaxınlaşması ilə Bakı 2015-in kommunikasiya fəaliyyətlərini intensivləşdirməsindən irəli gəlir. Bakı 2015-in mətbuatı məlumatlandırma işləri, sponsor və televiziya yayım tərəfdaşlarının elan edilməsi və beynəlxalq idman elçiləri proqramı kimi ictimai iştirak təşəbbüsləri KİV-in geniş marağına səbəb olub.

Oyunların başlamasına 100 gün qalması, biletlərin satışının başlaması və Açılış mərasimindən öncəki Bakı 2015 Oyunlarının Məşəl Estafeti də daxil olmaqla qarşıdan gələn bir neçə təşəbbüsün daha böyük maraq doğurması gözlənilir.

Bu yaxınlarda Media və Kommunikasiya şöbəsi üzrə direktor vəzifəsini tutduğu İngiltərə və Uels Kriket Təşkilatından (EVB) ayrılan cənab Gibsonun peşəkar karyerasına həmçinin Dubaydakı Beynəlxalq Kriket Şurasında (ICC), o cümlədən London Futbol Assosiasiyasında (FA) Kommunikasiya şöbəsinin  direktoru vəzifələri daxildir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: "Kolinin Bakı 2015 komandasına qoşulmağa razılıq verməsi məni çox sevindirdi. Onun kimi təcrübəli və qabiliyyətli birinin ilk Avropa Oyunlarının keçirilməsinə çox az müddətin qaldığı kritik bir zamanda kommunikasiya komandamıza yardım etməsi əvəzolunmazdır."

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommunikasiya şöbəsinin direktoru cənab William Louis-Marie deyib: "Avropa Oyunlarına marağın davamlı artdığının şahidi oluruq və Bakı 2015-in media kanallarını cəlb etməsi qarşıdakı aylarda daha da artacaq. Kolinin tövhələri bu müddət üçün, xüsusilə də Oyunlar zamanı böyük əhəmiyyət kəsb edəcək.

“Onun beynəlxalq idman mətbuatı sahəsindəki bilik və təcrübələri olduqca dəyərlidir və irimiqyaslı idman yarışlarında kommunikasiyaların idarə edilməsi sahəsində yüksək nailiyyətlər əldə etmişdir".

ECB, ICC və FA kimi təşkilatlarda çalışmazdan əvvəl cənab Gibson jurnalist kimi fəaliyyət göstərmiş və Londonun "the Daily Telegraph", "Sunday Telegraph" və "the Daily Mail", o cümlədən Sidneyin "The Australian" qəzetləri üçün məqalələr yazıb.

Cənab Gibson demişdir: "Mənə Bakı kimi dinamik bir şəhərdə ilk Avropa Oyunları üçün işləmək imkanı verildiyi üçün çox sevincliyəm. Bu Oyunların başlaması Avropanın idman tarixində yeni bir səhifə açacaq və bu cür maraqlı macəranın başlanğıcında iştirak etmək mənim üçün olduqca həyəcanvericidir".

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.