18 fevral 2015 18:45

Avropa Oyunları Gəncə və Mingəçevirdə avarçəkmə idman növü üzrə könüllüləri işə cəlb edir

Azərbycan tarixinin ən böyük idman hadisəsi olan Bakı-2015 Avropa Oyunları Gəncə və Mingəçevir şəhərlərində avarçəkmə idman növü üzrə könüllülər proqramını təşviq edir. Azerisport.az xəbər verir ki, bu, ötən ilin noyabr ayında 300-dən çox iştirakçının avarçəkmə tədbirləri üçün ‘’Alov qoruyanlar’’ olaraq Oyunlara qoşulmasından sonra ikinci mərhələ hesab olunur.

Bakı 2015 komandasının icraçı nümayəndələri, o cümlədən Azərbaycanın Respublikası Gənclər və İdman Nazirliyinin rəsmiləri müraciətçiləri gələcək yay keçiriləcək tədbirdə iştiraka həvəsləndirmək və Azərbaycanı dünyaya tanıtmaq üçün Avropa Oyunlarını təqdim etdi. 

Təqdimatlar 17 fevral tarixində 100-dən çox tələbənin Avropa Oyunlarında könüllü olaraq iştirak etmək üçün dəvət edildiyi Mingəçevir Gənclər Evində keçirildi. 18 fevral günü isə 300-ə yaxın tələbə Oyunlarla bağlı daha ətraflı məlumatla tanış olmaq üçün Gəncə Dövlət Universitetində toplaşacaq.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: "Bakı 2015 könüllüləri idmançılara, rəsmi nümayəndələrə və izləyicilərə yardım etməklə ilk Avropa Oyunlarının ərsəyə gəlməsi üçün əvəzolunmaz rol oynayırlar. Avropa Oyunları bütövlükdə Azərbaycan üçün böyük əhəmiyyət daşıyır və bu səbəbdən də Mingəçeviri dünya səviyyəli idman şəhəri kimi tanıtmaq üçün yerli könüllülərin yardımına böyük ehtiyac duyuruq".

Mingəçevir özünün su hövzələri ilə tanınır və 14-16 iyun tarixlərində 3 gün böyunca 350-dən çox idmançı Mingəçevir sularında medal uğrunda mübarizə aparacaq. Ümumilikdə isə 12 kayak (qadın və kişilər) və 3 kanoe yarışı (ancaq kişilər) keçiriləcək.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) gələcək yay baş tutacaq tədbirdə mühüm vəzifələr icra etmələri üçün 12000 könüllünü işə cəlb edəcək. Könüllülərə Oyunlar zamanı idmançıları və vəzifəli şəxsləri qarşılama, idman tədbirində çalışma, yaxud KİV nümayəndələrinə yardım kimi imkanlar veriləcək.

Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru Nar Mobile Bakı 2015 Avropa Oyunları Könüllülər Proqramının rəsmi sponsorudur. Nar Mobile 12000 könüllünün Avropa Oyunları ilə bağlı ən son məlumatlarla tanış olması üçün yeni mobil proqram da hazırlayacaq.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.