9 fevral 2015 16:00

Bakı-2015 mətbuat işçiləri üçün akkreditasiya prosesini açıq elan etdi

Bu gün Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi mətbuat nümayəndələrinin akkreditasiyası prosesini açıq elan edib. Azerisport.az xəbər verir ki, Avropa Oyunlarında iştirak etmək istəyən mətbuat nümayəndələri ilk növbədə Mətbuat Ekstranetinə giriş üçün qeydiyyatdan keçməlidirlər.

Mətbuat nümayəndələrinin akkreditasiyadan keçməsi ilə bağlı qoyulan tələblər bütün mətbuat üzvlərinə tətbiq edilir. Yalnız, yayım hüququna malik televiziya və radio yayım şirkətlərinin mətbuat akkreditasiyası üçün müraciət etmələrinə ehtiyac yoxdur.

Müraciət üçün son tarix 6 mart 2015-ci ildir və həmin tarixdən sonra ediləcək heç bir müraciət qəbul olunmayacaq.

Mətbuat Ekstranetində akkreditasiyaya dair məlumatlardan əlavə, mətbuat nümayəndələri üçün Oyunlar müddətində mövcud olacaq imkanlar və xidmətlər haqqında, eləcə də, şəkil və videolardan ibarət geniş media kitabxanasına giriş barəsində mühüm məlumatlar öz əksini tapıb.

Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: “İlk Avropa Oyunları bütün dünyanın zövq alacağı möhtəşəm idman bayramı olacaq və artıq dünya mətbuatını rəsmi olaraq bura, Bakı şəhərinə dəvət etməyə çox şadıq. Oyunlarda iştirak etmək istəyən bütün mətbuat nümayəndələrini ən qısa zamanda akkreditasiya üçün müraciət etməyə çağırmaq istərdim".

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.