3 fevral 2015 17:00

Bakı 2015 beş Avropa ölkəsi ilə əsas yayım sazişlərinə imza atıb

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi İspaniya, Portuqaliya, Estoniya, Latviya və Sloveniyada birinci Avropa Oyunlarının yayımlanmasını təmin edəcək beş müqaviləyə imza atıb. Azerisport.az xəbər verir ki, bağlanmış yeni müqavilələrə əsasən, İspaniyanın RTVE, Estoniyanın ERR, Latviyanın LTV, Sloveniyanın RTV Slovenija və Portuqaliyanın ödənişli Sport TV adlı ictimai televiziya şirkətləri Oyunlar müddətində Avropa Oyunlarını gündəlik olaraq bütün gün ərzində və ya minimum saatlar çərçivəsində yayımlayacaq. Bakı 2015 artıq dünyada bir milyarddan artıq tamaşaçının yarışları izləyə bilməsini təmin edəcək yeni sazişlərə malikdir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: “Mən Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Avropanın daha beş aparıcı televiziya şəbəkəsi ilə yayım sazişi imzalamasından və bununla da müqavilə bağlanmış ölkələrin sayının 47-ə çatmasından çox məmnunam.”

“Bu yay keçiriləcək birinci Avropa Oyunlarını mümkün qədər çox insanın izləməsi bizim üçün çox vacibdir. Açılış Mərasiminə 130 gün qalıb və bu kimi yeni sazişlərin bağlanması məqsədimizə nail olmaq istiqamətində böyük addımdır.”

Oyunlar müddətində yarışları geniş şəkildə işıqlandırmaqdan əlavə, İspaniyanın RTVE kanalı Açılış və Bağlanış Mərasimlərini də canlı olaraq yayımlayacaq. Televiziya şəbəkəsində, həmçinin, Bakı 2015 Avropa Oyunları ilə bağlı gedən hazırlıqlara həsr olunmuş bir sıra “Bakıya Yol” (Road to Baku) verilişləri də nümayiş olunacaq. Sport TV şirkəti isə əvvəlcədən təyin edilmiş və 24 saat fəaliyyət göstərən kanal vasitəsilə Portuqaliyada, eyni zamanda, Mozambik və Anqolada Oyunların yayımını təmin edəcək.

RTV Slovenija, Latviyanın LTV və Estoniyanın ERR televiziya şirkətləri də Oyunların geniş şəkildə işıqlandırılması öhdəliyinə malikdirlər.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru cənab Çarli Viceratna deyib: “Bu sazişlər Avropada və onun hüdudlarından kənarda on milyonlarla tamaşaçının birinci Avropa Oyunlarını izləməsinə imkan yaradacaq. 2016-cı ildə Rioda keçiriləcək Olimpiya Oyunlarını da yayımlamaq hüququna sahib olan bu televiziya şirkətləri böyük çoxnövlü idman yarışlarının yayımlanmasında mühüm təcrübəyə malikdirlər.”

“Bakı 2015 Avropa Oyunlarının Kommersiya şöbəsinin irəli sürdüyü təkliflərin əsas hissəsini yayım sazişlərinin bağlanması təşkil edib və mən bu istiqamətdə işlərimizi davam etdirməyimizdən məmnunam. Bu, onu göstərir ki, biz yarışların qitə üzrə nüfuzunu artırmağa davam edirik.”

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.