27 yanvar 2015 14:30

Salukvadze: Əminəm ki, Azərbaycan Avropa Oyunlarını çox yüksək səviyyədə təşkil edəcək

“Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək idmançılardan biri də güllə atıcılığı üzrə beşqat dünya, 17 dəfə Avropa çempionu, Olimpiya Oyunlarının qızıl və gümüş mükafatçısı, Gürcüstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Nino Salukvadzedir. Azerisport.az xəbər verir ki, o, Bakıda keçiriləcək Avropa Oyunları və bu yarışlara hazırlıqla bağlı fikirlərini “Azərtac”ın xüsusi müxbiri ilə bölüşüb.B

irinci Avropa Oyunlarına Bakının ev sahibliyi etməsi haqqında qərarın qəbul olunması ilə bağlı məlumatı alanda çox sevindiyini vurğulayan Salukvadze deyib: “Bu, Azərbaycan ilə yanaşı, bizim üçün də böyük uğurdur. Bu qərara görə azərbaycanlı dostlarım kimi, mən də fəxr edirəm. Mən bu münasibətlə Azərbaycan xalqını bir daha təbrik edirəm”.

Dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında çoxlu sayda qələbəsinin və medalının olduğunu vurğulayan idmançı Bakıda keçiriləcək Avropa Oyunlarına da dəvət aldığını və bu yarışlarda iştirak edəcəyini bildirərək deyib: “Bu yarışlara çox ciddi hazırlaşıram. Bilirəm, Azərbaycanda İradə Aşumova kimi güclü idmançılar var və onlar da birincilik uğrunda mübarizə aparacaqlar. Amma mən də çalışacağam ki, fürsəti əldən verməyim. Bu yarışların mənim üçün çox böyük əhəmiyyəti var. Bununla belə hamıya uğurlar arzulayıram”.

Beşqat dünya çempionu ötən ilin oktyabrında idmanın atıcılıq növləri üzrə Qəbələdəki stend və ox atıcılığı kompleksində keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində iştirak edib. Azərbaycanda idmançılara yaradılan şəraitdən, idmanın inkişafına göstərilən dövlət qayğısından məmnunluqla danışan Salukvadze Bakının da simasının əsaslı surətdə dəyişdiyini vurğulayıb: “Paytaxt Bakı çox dəyişib, gözəlləşib. Bakıda tikilən yeni idman kompleksləri Azərbaycanın Avropa Oyunlarına ciddi hazırlaşdığını göstərir. Əminəm ki, Azərbaycan Avropa Oyunlarını çox yüksək səviyyədə təşkil edəcək”.

Salukvadze deyib ki, gürcüstanlı idmançılar Avropa Oyunlarına ciddi hazırlaşırlar. Onlar da bu yarışlarda maksimum nəticə göstərmək niyyətindədirlər. Biz həm də iyulun sonu-avqustun əvvəlində Tbilisidə keçiriləcək gənclər arasında olimpiya yarışlarına hazırlaşırıq. Biz də ciddi sınaq qarşısındayıq. Bu yarışlara da 40-dan çox ölkədən, o cümlədən Azərbaycandan idmançılar dəvət olunub. “İnanıram ki, iki dost və qonşu dövlət olan Gürcüstan və Azərbaycan bacarıq və təcrübələri, eləcə də yüksək təşkilatçılıqları ilə digər ölkələrə parlaq nümunə olacaqlar”, – deyə N.Salukvadze vurğulayıb.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.