26 yanvar 2015 12:15

Bakı-2015-in Ulduz Elçiləri Mərasim iştirakçılığına namizədlərə dəstək veriblər

Bakı-2015 Avropa Oyunlarının Ulduz Elçiləri və Avroviziya-2011 Mahnı Müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal Mərasimlərdə çıxış edəcək iştirakçıların bazar günü keçirilmiş dinləmələrinə qonaq qismində qatılıblar. Azerisport.az xəbər verir ki, duet oxuyan cütlük Bakı-2015 Avropa Oyunlarının Açılış və Bağlanış Mərasimlərində rol almağı gözləyən iştirakçılar qarşısında həvəsləndirici qısa çıxış edib və iri beynəlxalq yarışlarda uğurla çıxış etmək üçün fədakarlıq və hazırlığın əhəmiyyətini vurğulayıblar.

Avroviziya mahnı müsabiqəsinin qalibi Nigar xanım Camal deyib: “Öz ölkəni böyük beynəlxalq yarışlarda təmsil etmək inanılmaz hissdir və bir çox Azərbaycanlı gəncin Bakı 2015 Avropa Oyunlarında bu cür imkan əldə etmələri mənim üçün çox xoşdur. Bir Ulduz Elçi olaraq Mərasim iştirakçıları proqramı kimi bir sıra təşəbbüslər vasitəsilə çox sayda insanı Bakı 2015 Avropa Oyunlarına cəlb etmək və ölkəmizin tarixinə yeni səhifənin yazılmasında iştirak etmək mənim vəzifəmdir".

Bakı 2015 Avropa Oyunlarının Açılış Mərasimində təşkilatçı şəhərin müasir Avropada oynadığı rolu əks etdirən ənənəvi Azərbaycan mədəniyyəti qeyd olunacaq, eyni zamanda, Oyunlarda yarışacaq idmançılar təntənəli şəkildə salamlanacaq.

Açılış və Bağlanış Mərasimlərini hazırlayan Five Currents şirkətinin baş prodüseri cənab Tom Bisinyano deyib: “Biz Azərbaycan haqqında bir arzu yaratmaq istəyirik və bu arzunun reallaşması üçün sizin köməyinizə ehtiyacımız var. Bizə qoşulun və mən sizə həqiqətən də unudulmaz bir təcrübə qazanacağınıza söz verirəm".

Bakı 2015 Avropa Oyunları Mərasimlərinin iştirakçısı Xumar xanım Quluzadə deyib: “Mənim dinləməm gözəl keçdi və dinləmədə iştirak edən hər kəs çox səmimi və gülərüz idi. Artıq böyük bir ailənin bir hissəsinə çevrildiyimi hiss edirəm və Bakı 2015 Avropa Oyunlarının Mərasim iştirakçısı olmaq üçün məşqlərə başlamağı səbirsizliklə gözləyirəm".

Bakı 2015 Avropa Oyunlarının Mərasimlər komandası cümə günü, 12 iyun tarixində Azərbaycanı yeni tikilmiş Milli Stadionda təmsil etmək həvəsinə, enerjisinə və arzusuna malik olan 16 yaş və 16 yaşdan yuxarı könüllü iştirakçıları işə cəlb edəcək.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.