22 yanvar 2015 15:30

Avropa Oyunları Bakını daha təhlükəsiz yollara aparır

Bu il keçiriləcək birinci Avropa Oyunları ərəfəsində Bakı şəhərinin 2000-dən artıq sürücüsü geniş təlim məşğələlərindən faydalanacaqlar. Azerisport.az xəbər verir ki, oyunlar dövründə idmançıların, rəsmi şəxslərin və milli nümayəndə heyəti üzvlərininin daşınması üçün yeni avtobus, mikroavtobus və sedan qruplarından istifadə ediləcək.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və şəhərin avtobus şəbəkəsinin müasirləşdirilməsinə cavabdeh dövlət orqanı olan Bakı Avtobus Şirkəti ilə birlikdə sürücülərin nəqliyyat vasitələrini təhlükəsiz və səmərəli idarə etmələri üçün lazımı bacarıqlara yiyələnmələrinin təmin edilməsi istiqamətində iş aparır. 

800 avtobus sürücüsü daxil olmaqla ümumilikdə 2100 iştirakçı gələn aylar ərzində nəzəri məşğələlər, yeni nəqliyyat vasitələri ilə praktik tanışlıq, eləcə də Bakı 2015 Avropa Oyunlarının idman obyektləri və marşrutları ilə tanışlıqdan ibarət üç hissəli kurs keçəcəklər. Oyunlar dövründə sürücülərin marşrutlarda rəsmi işə çıxmazdan əvvəl 15 günlük ixtisaslaşdırılmış təlim keçəcəkləri gözlənilir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: “Şəhərin sürücülərinin təlim keçmələri Avropa Oyunları dövründə nəqliyyat xidmətlərinin fasiləsiz fəaliyyət göstərməsinə kömək edəcək, eləcə də əhalinin gündəlik həyatında daimi irəliləyişə səbəb olacaq".

Bakının peşəkar sürücülərindən bir çoxu geniş təcrübəyə malikdir və bu yaxınlarda keçirilmiş Avroviziya Mahnı Müsabiqəsi kimi iri tədbirlər dövründə çalışmışlar.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Nəqliyyat şöbəsinin direktoru cənab Panayotis Protopsaltis deyib: “Bu təşəbbüs iri idman tədbirləri tarixində sürücülər üçün ən böyük təlim proqramıdır. Həmçinin, Bakı və Azərbaycan üçün nəqliyyat sahəsində insan resurslarının və fiziki sərvətlərin təmin edilməsi ilə əlaqədar Bakı 2015 Avropa Oyunlarının öhdəliklərinin bir hissəsidir. Ən yüksək dünya standartlarına uyğun inşa edilmiş yeni təlim mərkəzi Bakının yollarında təhlükəsizliyə və qabaqcıl təcrübənin tətbiqinə müsbət təsir göstərəcək".

Təlim kursu sürücülərin öz bacarıqlarnı təkmilləşdirmələri və Avropa Oyunları dövründəki işlərdə faal rol oynamağa hazır olmaları üçün mükəmməl fürsətdir. Bu, həm də Azərbaycanda peşəkar sürücülərin Təkmilləşmə Mərkəzinin əsasını qoyacaq.

Kursa yenicə qoşulmuş Bakının avtobus sürücüsü cənab Mübariz İbrahimov deyib: “Mən 2012 FIFA U-17 Qadınlar arasında Dünya Çempionatı kimi iri tədbirlədə işləmişəm, bununla belə təlim kursu yeni nəqliyyat vasitələrinə alışmağa və Avropa Oyunları dövründə və sonra lazım olacaq faydalı bacarıqları öyrənməyə kömək edəcək".

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.