13 yanvar 2015 19:30

Bakı-2015 ulduz elçilərini təqdim etdi

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin bu gün yaydığı məlumata əsasən Azərbaycanın ən məşhur incəsənət nümayəndələrinin bir neçəsi bu yay keçiriləcək ilk Avropa Oyunları üçün Ulduz Elçilər olacaqlar. Azerisport.az xəbər verir ki, çərşənbə axşamı Muğam Mərkəzində keçirilən təqdimat tədbirində musiqi, televiziya və incəsənət dünyasından 13 nəfər ulduzun adı açıqlanmışdır. 

Sözügedən ulduzların sırasına  müğənnilərdən Tünzalə Ağayeva, Röya, Avroviziya mahnı yarışmasının qalibləri Eldar Qasımov və Nigar Camal, Miri Yusif, komediya aktyorlarından Bəhram Bağırzadə, Rafael və Coşqun, Tahir və Cabir İmanovlar və musiqiçilərdən DJ Shock daxildir. Tanınmış aparıcılar Murad Dadaşov və İlkin Həsəni də bu sıraya aiddir.

Azərbaycan Respublikasının Gənclər və idman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru cənab Azad Rəhimov deyib: “Mən Oyunların rəsmi elçiləri olan bu möhtəşəm məşhurların dəstəyi ilə İlk Avropa Oyunlarının Açılış Mərasiminə 150 gün qalmasını qeyd etməkdən məmnunluq duyuram. Mən əminəm ki, bizim Ulduz Elçilərimiz azərbaycanlı gənclər arasında böyük həyəcan yaradacaq və daha çox insanı Oyunlara cəlb edəcək".

Adıçəkilən proqram Ulduz Elçilərin iyun ayının 12-də başlayacaq idman tədbiri haqqında müraciətlərini və mesajlarını bölüşmək məharətindən istifadə etməklə Bakı 2015 Avropa Oyunlarının Azərbaycan və Avropada geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan yaradacaq. 

İştirakçılar Bakı 2015-in obyektlərinə baş çəkmək, gerisayım tədbirlərində iştirak etmək, kampaniyaları dəstəkləmək və öz sosial media kanallarından istifadə etməklə milyonlarla pərəstişkarları arasında Oyunların təbliğ olunmasına kömək göstərəcəklər. 

Təqdimat tədbirində çıxış edən müğənni Tünzalə xanım Ağayeva qeyd edib: “Mən səhnədə çıxış edərkən gözəl ifa göstərmək üçün əlimdən gələni edirəm. İyun ayında Azərbaycan bütün Avropanın zövq alacağı unudulmaz bir şou nümayiş etdirəcək. Mən Bakı 2015 Avropa Oyunlarının Ulduz Elçisi olaraq könüllü proqramı kimi təşəbbüslər vasitəsilə Bakı 2015-ə qatılmaq üçün insanları ruhlandırmağa çalışacam və ölkəmiz üçün tarix yazılmasında iştirak edəcəm".

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq əlavə edib: “Bu elan  bizim elçi proqramımızın genişləndirilməsində növbəti addım və möhtəşəm idman yarışını həyata keçirmək üçün davam edən hazırlıq işlərimizin dinamikasına əlavədir. Biz göstərdikləri dəstəyə görə Ulduz Elçilərimizin hər birinə təşəkkür edir və qarşıdan gələn aylarda Bakı 2015 Avropa Oyunlarının təbliğ olunmasına kömək etmək üçün onlarla birlikdə işləməyi səbirsizliklə gözləyirik".

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.