17 dekabr 2014 12:30

Bakı-2015 brendi Azərbaycan Hava Yollarının təyyarəyə minik talonları üzərində əks olunacaq

İlk Avropa Oyunlarına geri sayım davam edir və Bakı 2015 Avropa Oyunlarının brendi Oyunların Rəsmi Tərəfdaşı olan Azərbaycan Hava Yollarının təyyarəyə minik talonları üzərində əks olunacaq. Azerisport.az xəbər verir ki, Bakı 2015-in rəngarəng loqosu və idman təsvirləri bu gündən etibarən 2015- ci ilin iyun ayında keçiriləcək Avropa Oyunları başa çatanadək 800 000-dən artıq təyyarəyə minik talonunu bəzəyəcək.

Təyyarəyə minik talonları Heydər Əliyev adına Beynəlxalq Hava Limanının, eyni zamanda, Naxçıvan və Gəncə Hava Limanlarının həm yerli, həm də beynəlxalq aviareyslər üzrə uçuşları üçün istifadə olunacaq.

Talonlar bütün ölkədaxili istiqamətlərə, həmçinin London, Milan, Roma, Pekin və Nyu-York daxil olmaqla, müxtəlif istiqamətlərə beynəlxalq uçuşlarda istifadə olunacaq.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: “Rəngarəng loqomuzun və brendimizin Azərbaycan Hava Yolları və onun təyyarəyə minik talonları sayəsində bütün dünyaya tanıdılacağından çox məmnunuq. Azərbaycanın milli aviaşirkəti kimi Azərbaycan Hava Yolları, qarşıdan gələn aylarda İlk Avropa Oyunlarının təbliğində, eləcə də, Avropanın ən yaxşı idmançılarının gələn il Bakıda keçiriləcək Oyunlarda yarışmaq üçün Azərbaycana gəlməsində əhəmiyyətli rol oynayacaq".

Azərbaycan Hava Yolları Bakı 2015 Avropa Oyunlarının Rəsmi Tərəfdaşıdır və beynəlxalq auditoriya arasında Oyunlar barədə məlumatlılığın artırılmasına kömək məqsədilə Avropa Oyunlarına dair informasiyanı təyyarənin göyərtəsində nümayiş etdirilən filmlərdə və jurnallarda əks etdirəcək.

Sazişə görə, həmçinin, gələn ilin yay mövsümündə Bakıya gələcək qonaqlar üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Avropa Oyunlarının loqosu, brendi və Oyunlar haqqında məlumatlar mövcud olacaq.   

Hər il 1.7 milyon sərnişin daşıyan və dünyanın 38 ölkəsinə uçuşlar həyata keçirən şirkət Avropa Oyunları ilə əlaqədar olaraq gələn il Bakıya gündəlik uçuşlarının sayını artıracaq.

Azərbaycan Hava Yollarının vitse-prezidenti cənab Arif Məmmədov bildirib: “Biz Bakı 2015 brendinin təyyarəyə minik talonlarımızın üzərində əks olunması ilə fəxr edirik və bununla da paytaxt şəhərimiz və bütün ölkə üçün tarixi an olan Avropa Oyunlarına dəstək olmağımızla qürur duyuruq. Biz idmançıların, rəsmi şəxslərin və tamaşaçıların Oyunlarla əlaqədar olaraq Azərbaycana gəlməsinə kömək edəcəyik və möhtəşəm Açılış Mərasiminə geri sayım davam etdiyi üçün həyəcanımızı sərnişinlərimizlə bölüşmək istəyirik".

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.