16 dekabr 2014 15:30

Bakı-2015 ilk beynəlxalq idman elçilərini elan etdi

Bu gün Bakı 2015 Avropa Oyunları gələn yay keçiriləcək Oyunlar üçün idman elçisi seçilmiş beynəlxalq idmançıları təqdim edib. Azerisport.az xəbər verir ki, yüksək səviyyəli idmançılar öz idman növlərini təmsil etmək üçün seçilmiş və İlk Avropa Oyunlarını təşviq etmək məqsədilə bütün qitədə keçiriləcək marketinq kampaniyalarına cəlb olunacaqlar.

Fransalı bədii gimnast Kseniya Mustafayeva və Danimarkalı Kanoe sprintçisi Rene Holten Poulsen, o cümlədən Serbiyalı Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Dejan Majstoroviçdən ibarət Basketbol 3x3 komandası idman elçisi təyin ediliblər.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq bildirib: “Elçi proqramının məqsədi bütövlükdə Avropadan olan yüksək səviyyəli idmançıların, o cümlədən Azərbaycanlı medal namizədlərinin İlk Avropa Oyunlarına dəstəyini təmin etməkdir və biz onun uğurlu olacağına inanırıq.

Mən ilk beynəlxalq idman elçilərini təbrik edirəm və biz həm onlarla, həm də Bakı 2015-i təşviq etmək üçün növbəti aylarda elan ediləcək digər elçilərlə işləməyi səbirsizliklə gözləyirik.”

Altı nəfər idmançı Avropa Oyunlarını təşviq etmək üçün öz vətənlərində və sosial mediada geniş miqyaslı marketinq kampaniyalarında iştirak edəcəklər.

Dünyanın ən uğurlu oyunçularından biri sayılan 29 yaşlı Domoviç Bulut deyib: “3x3 formatlı Basketbol kimi innovativ bir idman növünün Avropa Oyunlarına daxil edilməsi olduqca həyəcanvericidir və biz azarkeşlərin bu oyunun sürətini və imkanlarını bəyənəcəyindən əminik. Bakı 2015-də Avropanın digər nüfuzlu komandaları ilə yarışmağı səbirsizlikıə gözləyirik.”

19 yaşlı xanım Moustafayeva bildirib: “Bakı 2015-də Gimnastikanı təmsil edəcəyim üçün çox həyəcanlıyam. Gimnastikanın hər 5 bölməsinin təmsil olunduğu Avropa Oyunlarının Avropanın ən yaxşı idmançılarının iştirak edəcəyi möhtəşəm bir tədbir olacağına əminəm.”

2008-ci ildə Pekin Olimpiya Oyunlarında gümüş medal qazanmış 26 yaşlı cənab Poulsen söyləyib: “Bakı 2015-də keçiriləcək Kanoe sprinti yarışlarının yaddaqalan olacağı şübhəsizdir və İlk Avropa Oyunlarında bu idman növü üzrə elçi təyin olunmağım olduqca qürurvericidir.”

Bakı 2015 bu yaxınlarda 11 nəfər azərbaycanlı idman elçisini təqdim etmiş və yaxın gələcəkdə daha çox sayda beynəlxalq idman elçisinin elan edilməsi nəzərdə tutulub.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.