10 dekabr 2014 13:00

Bakı-2015-in açılış mərasimi üçün iştirakçı dinləmələri keçirildi

Bakı 2015 Avropa Oyunlarının Açılış Mərasimində çıxış edəcək iştirakçılar üçün dinləmələrə start verilib. Azerisport.az xəbər verir ki, Açılış Mərasiminin bədii direktoru cənab Dimitris Papaioannou Bakı 2015-in Atletlər Kəndində könüllüləri rəqs nömrələrinə hazırlayan komandanın tərkibində idi.

Bakı 2015 Avropa Oyunlarının Açılış Mərasimi Azərbaycan mədəniyyətini və ənənələrini bütün dünyaya tanıdacaq, ev sahibi şəhərin müasir Avropanın həyatındakı rolunu əks etdirəcək, o cümlədən yarışlarda iştirak edəcək bütün idmançıların qürur hissi duymasına səbəb olacaq.

Bakı 2015-in Mərasimlər komandası iştirak arzusu, enerjisi və istəyi olan iştirakçıları cümə günü, 12 iyun tarixində yeni tikilmiş Milli Stadionda öz ölkələrini təmsil etməyə hazırlayacaq.

Bakı 2015-in Mərasimlər üzrə direktoru xanım Katerin Uqvu bildirib: “Cəlb ediləcək 6000 nəfər könüllü iştirakçı Avropa Oyunlarına ev sahibliyi edən Azərbayanın tarixi boyu ərsəyə gətirdiyi ən böyük canlı şouda çıxış etmək imkanı qazanacaq.

Bakı 2015 Avropa Oyunlarının Açılış Mərasimində Azərbaycan incəsənətinin, mədəniyyətinin və nailiyyətlərinin ən böyük uğurları nümayiş etdiriləcək və idmançılar Bakıda salamlanacaq. Bu qədər həvəsli iştirakçını bir arada görmək mükəmməl bir hiss idi və mən əminəm ki, gələn dinləmələrdə daha çox sayda iştirakçını görəcəyik.”

Afina 2004 Olimpiya Oyunları mərasimlərinin bədii direktoru qismində gördüyü işlərlə böyük rəğbət qazanmış cənab Papaioannou deyib: “İştirakçı dinləmələrinə başladığımız üçün çox həyəcanlıyıq və növbəti həftələrdə daha çox könüllünü görməyə ümid edirik.”

Mərasimlərdə könüllü iştirakçı olmaq üçün yaşınız 18 və ya daha çox olmalıdır.

Bu arada, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu yaxınlarda İlk Avropa Oyunları həyəcanını paylaşmaq üçün “Ailə günü” tədbirini keçirib. İşçi heyətinin ailə üzvləri Gimnastika və Qılıncoynatma idman növləri üzrə nümayişləri izləmək, canlı musiqidən zövq almaq və Oyunların Açılış Mərasiminə geri sayımı qeyd etmək üçün Bakı 2015-in baş ofisinə dəvət olunub.

Hal-hazırda Bakı 2015-in işçi heyətində dünyanın 43 ölkəsindən 1200-dən çox nümayəndə təmsil olunur.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.