3 dekabr 2014 14:10

Avropa Oyunlarının texnoloji yenilikləri prezident İlham Əliyevə təqdim olundu

Dünən Bakı-2015 Avropa Oyunlarında istifadə olunacaq texnoloji nailiyyətlər və yeniliklər haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məlumat verilib. Azerisport.az xəbər verir ki, Bakı 2015-in komandası Bakı Ekspo Mərkəzində təşkil edilən mötəbər “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyalarının sərgi və konfransında Avropa Oyunlarının yeniliklərini nümayiş etdirdi.

“BakuTel” Azərbaycanda ölkənin ən son texnoloji nailiyyətlərini ön plana çəkən aparıcı ixtisaslaşmış sərgilərdən biridir. Belə bir önəmli tədbir bu il özünün 20 illik yubileyini qeyd edir və builki sərgidə 250-dən çox şirkət təmsil olunacaq.

Avropa Oyunları infrastruktur və proqram təminatı üçün gələcəkdə bütün digər mötəbər idman tədbirlərində tətbiq oluna biləcək “Cloud” modelli texnologiyadan  istifadə edən ilk çoxşaxəli idman tədbiridir.

Bakı 2015-in bütün məkanlarını birləşdirəcək yeni fiber optik şəbəkə Azərbaycan xalqının uzun müddət faydalanacağı əsas yeniliklərdən biridir.

Bakı 2015 Avropa Oyunlarını gerçəkləşdirmək üçün məkandaxili 1000 km-dən çox kabel çəkilişini təmin etməklə yanaşı, həmin məkanlar arasında əlaqə yaratmaq məqsədilə  600 km-dən çox fiber optik şəbəkədən istifadə edəcək.

Bakı 2015-in Texnologiya departamentinin direktoru cənab Adrian Korkoran bildirmişdir ki, “Bakı 2015 Azərbaycanın bu cür mötəbər və çoxşaxəli idman tədbirinə ev sahibliyi etmək üçün innovativ yanaşmanı tətbiq etməli olduğu ən yaxşı texnologiyadan istifadə etdiyinə görə qürur hissi duyur.

Avropa Oyunları Azərbaycanın idman sahəsində texnoloji nailiyyətlərinə görə ön sırada dura bilməsi üçün bir imkandır və biz hazırlıq prosesinin indiyə qədər keçdiyi inkişaf mərhələsindən olduqca məmnunuq”.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanın texniki infrasturukturu üçün faydalı olacaq bir sıra nailiyyətlərin əldə olunmasında Bakı 2015-in texnologiya komandasına dəstək göstərir.

Dünən start götürən BakuTel sərgisi dekabrın 5-nə qədər davam edəcək və Qafqaz regionunda ən böyük telekommunikasiya sərgisidir.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.