27 noyabr 2014 15:11

Bakı-2015 möhtəşəm lazer şouda Qız Qalası üzərində simvollarını nümayiş etdirib

Bakı 2015 Avropa Oyunları dünən axşam keçirilmiş 3D animasiyadan ibarət möhtəşəm şouda əfsanəvi Qız Qalasının üzərində Avropa Oyunlarının simvolları olan Ceyran və Narı nümayiş etdirmişdir. Azerisport.az xəbər verir ki, bu cütlük möhtəşəm şounun yekun hissəsində nümayiş etdirilmiş və Bakı Bulvarının yaxınlığında keçirilən tədbirə toplanmış insan kütləsini heyran etmişdir. Nümayişdə həmçinin Oxatma, Basketbol, Boks, Velosiped idmanı və Qılıncoynatma idman növləri haqqında animasiyalar da təqdim olunmuşdur.

Ceyran və Nar Azərbaycanın mədəni tarixini və idman sahəsinin gələcəyini təmsil etmək məqsədilə bu həftə İlk Avropa Oyunlarının elçiləri elan edilmişdir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru cənab Çarli Viceratna demişdir: “Dünən axşam keçirilən bu tədbir ilk dəfə olaraq möhtəşəm Qız Qalasının üzərində nümayiş etdirilmiş simvollarımızı görmək üçün toplanmış hər kəsə olduqca maraqlı oldu.

Qarşıdan gələn aylarda Ceyran və Nar Bakı 2015 Avropa Oyunlarının rəmzinə çevriləcək və mən əminəm ki, Avropa Oyunlarını izləmək üçün Bakı şəhərinə gələcək və bütün yaş kateqoriyasına daxil olan idman azarkeşləri arasında məşhurlaşacaq.

Bakı 2015 Avropa Oyunlarının Açılış Mərasiminədək geriyə sayıma davam edirik və bu cür əhəmiyyətli tarixləri qeyd etmək üçün xüsusi şou tədbirlər keçirəcəyik. Mən əminəm ki, bütün şəhər sakinləri keçirəcəyimiz hər bir tədbirdə bizə qoşulacaq".

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.