21 noyabr 2014 16:55

Bakı-2015 oyunlara 200 gün qalmasını qeyd etmək üçün planlarını açıqladı

Bakı 2015 Avropa Oyunları ilk Avropa Oyunlarının Açılış Mərasiminə 200 gün qalmasını qeyd etmək məqsədilə gələn həftə şəhərdə işıqlandırma effektlərindən ibarət möhtəşəm şou təşkil edəcək. Azerisport.az xəbər verir ki, ilk Avropa Oyunlarının başlamasına qalan 200 günü qeyd etmək üçün bazar ertəsi, noyabrın 24-ü İçərişəhərdə şəhəri işıqlandıracaq və diqqətçəkici nümayiş baş tutacaq.

Sözügedən məqamı qeyd etmək məqsədilə Bakı 2015-in təsviri əfsanəvi Qız Qalası memarlıq abidəsinin üzərində möhtəşəm şəkildə nümayiş olunacaq və axşam Bakı 2015-lə bağlı xüsusi bir xəbər elan olunacaq.

Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru cənab Azad Rəhimov demişdir: “İlk Avropa Oyunlarının başlamasına 200 gün qalıb. Bakı şəhəri və Azərbaycan ölkəmizin idman tarixinin mühüm hissəsinə çevriləcək Oyunlara hazırlaşır.

Eyni zamanda, biz bütün ölkədə böyük maraq oyadacaq xüsusi bir xəbər elan edəcəyik və mən bu tarixi anı mümkün qədər çox sayda insanla paylaşmaq istərdim.”

Bakı sakinlərini axşam saat 8-də başlayacaq və sonda möhtəşəm işıqlandırma effektlərindən ibarət şou ilə başa çatacaq tədbirdə iştirak etməyə dəvət edirik.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq demişdir: “Açılış Mərasiminin başlamasına qalan günlərin geri sayımına davam edirik və şəhərdə hər həftə böyük həyəcan hissi yaşanmaqdadır.

Gələn il keçiriləcək Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək Avropanın elit idmançılarına ev sahibliyi etməyə hazırlaşdığımız üçün mən Bakı sakinlərini bizə qoşularaq tədbirlərimizdə iştirak etməyə dəvət edirəm.”

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.