21 noyabr 2014 16:40

Bakı-2015 beş ölkə ilə yayım haqqında sazişə imza atdı

Bu gün Bakı 2015 Avropa Oyunları Avropanın daha beş ölkəsi ilə yayım haqqında sazişə imza atdığını elan etməkdən qürur duyur. Azerisport.az xəbər verir ki, hazırda qüvvədə olan sazişlərə əsasən Avropa Oyunları Albaniya, Belarus, Lüksemburq, Moldova və Slovakiyada televiziya vasitəsilə yayımlanacaq.

Sözügedən sazişlər Bakı 2015 Avropa Oyunlarının yayımlanmasına dair Türkiyə, Fransa və Almaniya daxil olmaqla Avropa ölkələri, eyni zamanda, Orta Şərq, Şimali Afrika və Yaponiya ilə bağlanmış sazişlərdən sonra imzalanmış ən son müqavilələrdir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq demişdir: “Artıq Avropa Oyunlarının əlavə 5 ölkədə də yayımlanacağını təsdiq etməyə çox şadıq.

Bu sazişlərin bağlanması Avropadakı azarkeşlərin öz ölkələrini təmsil edən idmançılarının Bakı 2015 Avropa Oyunlarındakı nailiyyətlərini izləyə bilmələri üçün əhəmiyyətli olacaq. Bu kimi çox şaxəli multi-media yayımı sazişlərinin bağlanması həmin ölkələrin Oyunları öz ölkələrində yayımlamalarını təmin edəcək.

Mən növbəti həftələrdə həm Avropa, həm də digər dünya ölkələri ilə yayım sazişlərinin bağlanmasını və saziş bağlanacaq ölkələrin sayının 34-ya çatmasını gözləyirəm.”

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru cənab Çarli Viceratna demişdir: “Bu sazişlərin bağlanması Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək idmançıların möhtəşəm çıxışlarının bütün qitədə coşğun azarkeşlər tərəfindən izlənməsinə səbəb olacaq.

Biz, tezliklə Avropa Oyunlarının bütün dünyada maksimum şəkildə yayımlanmasını təmin edəcək daha çox yayım sazişlərinin imzalanacağına əminik.”

Albaniyada “Tring Media”, Belarusda “Belarus 5”, Lüksemburqda “Radio Television Luxembourg”, Moldovada “Moldova Sport TV” və Slovakiyada “DIGI Sport” şirkətləri Avropa Oyunlarının yayım hüquqlarını əldə etmişlər.

Həmçinin, bu gün Bakıda Avropa Olimpiya Komitələrinin Baş Assambleyası keçiriləcək. Bakı 2015-in rəhbər şəxsləri tədbir iştirakçılarına İlk Avropa Oyunlarına hazırlıqların ən son yenilikləri haqqında ətraflı məlumat verəcəklər. (Bakı-2015)

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.