20 noyabr 2014 15:50

Bakı-2015-dən Son 200 gün

Avropa Oyunlarının başlamasına gerisayım davam etməkdədir. Azerisport.az xəbər verir ki, bu münasibətlə Bakı 2015 “Son 200 Gün” adlı əlamətdar tədbiri qeyd edir. Tədbir Qız Qalası yaxınlığında baş tutacaq.

Tədbirdə media nümayədələri üçün ayrılmış xüsusi yerlər olacaq. Həmin əraziyə daxil olmaq üçün sizə xüsusi media akkreditasiyası lazım olacaq. Akkreditasiyadan keçmək üçün Rəşad Əliyev ilə +994 (0) 55 400 1116 nömrəsi vasitəsilə 21 noyabr saat 17:00-a qədər əlaqə saxlamağınız xahiş olunur.

Akkreditasiya kartlarını əldə etmək üçün son tarix 24 noyabr saat 13:00-dır. Kartları əldə etmək üçün şəxsiyyət vəsiqənizlə birlikdə 22 noyabr 09:00-dan 24 noyabr 13:00 tarixinə qədər Zərifə Əliyeva küçəsi, 41 ünvanında yerləşən Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin ofisinə yaxınlaşa bilərsiniz.

Qeyd edək ki, Qız Qalasının ətrafı işıqlandırılacaq və tədbirdə Bakı 2015 haqqında önəmli bir xəbər açıqlanacaq. Nəzərə alın ki, tədbirdə foto, video çəkiliş və müsahibə almaq imkanı yaradılacaq.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.