17 noyabr 2014 13:05

Bakı-2015 İstanbulda

Bakı 2015 Avropa oyunlarının təqdimat mərasiminin İstanbul şəhərində keçirilməsi məqsədilə, gənclər və idman naziri Azad Rəhimov Türkiyəyə rəsmi səfərə yola düşüb. Azerisport.az xəbər verir ki, İstanbulun "Çırağan" Sarayında baş tutacaq təqdimat mərasimində Bakı 2015 Avropa oyunlarına hazırlıq haqda film nümayiş olunacaq,  yarışlarda Avropanın 49 ölkəsindən 6000-dən çox idmançının 20 idman növündə mübarizə aparacaqları haqda məlumatlar veriləcək.

Ölkənin birinci xanımı, Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın sədrliyi ilə görülən işlər, yarışların keçiriləcəyi məkanlar, istifadəyə verilmiş və hal hazırda tikilməkdə olan idman qurğuları, 7300 nəfər üçün nəzərdə tutulmuş olimpiya kəndinin hazırlığı itiqamətində görülən işlər barədə məlumatlar da diqqətə çatdırılacaq.

Azad Rəhimov 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarının bir il sonra, Rioda gerçəkləşəcək Olimpiya oyunlarına hazırlıq xarakteri daşıdığını və bir neçə idman növündə lisenziya qazanma istiqamətində xüsusi rol oynadığını diqqətə çatdıracaq. Nazir eyni zamanda, Bakı şəhərinin müxtəlif illərdə bir sıra Avropa və dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi etdiyini, 22 illik müstəqilliyi dövründə Azərbaycanın 200-dən artıq idmançısı ilə yay və qış olimpiya oyunlarına qatıldığını, Azərbaycan yığmasının bugünə qədər iştirak etdiyi Olimpiadalarda 26, Avropa və Dünya çempionatlarında isə 2000-ə yaxın medal qazandığı haqda məlumatları qonaqlarla bölüşəcək.

Azad Rəhimov öz çıxışında Bakının bir çox beynəlxalq yarışlara ev sahibliyi etdiyini, qısa müddət bundan öncə  Bədii Gimnastika üzrə Avropa çempionatının yüksək səviyyədə şəhərimizdə keçirildiyini, növbəti, 2016-cı ildə ölkəmizdə Formula 1 Grand Prix, Şahmat üzrə Dünya çempionatının, 2017-ci ildə İslam Həmrəyliyi oyunlarının baş tutacağı barədə məlumatları da diqqətə çatdıracaq. (AGİN)

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.