14 noyabr 2014 00:10

Bakı-2015 könüllüləri işə cəlb edir

Azərbaycan tarixində ən böyük idman tədbiri olacaq Bakı 2015 Avropa Oyunları bu gün Mingəçevir şəhərində Kanoe sprinti idman növü üzrə könüllü proqramının təşviqatını aparmışdır. Azerisport.az xəbər verir ki, proqramla bağlı müraciət edənləri gələn ilin yayında keçiriləcək yarışlarda köməklik etməyə və Azərbaycanı dünyada tanıtmağa həvəsləndirmək məqsədilə Bakı 2015 komandasının rəhbər işçiləri Avropa Oyunlarının təqdimatını keçirmişlər.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən olan rəsmi şəxslər də Mingəçevir Politexnik İnstitutunda keçirilmiş təqdimatda və idmanla bağlı son məlumatların elan edilməsində iştirak etmişlər.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru cənab Saymon Kleq demişdir: “Bakı 2015-in könülləri idmançılara, rəsmi şəxslərə və tamaşaçılara özlərini evlərindəki kimi hiss etmələrinə kömək etməklə birinci Avropa Oyunlarının canlanması və maraqlı olması baxımından çox əhəmiyyətlidirlər.

Avropa Oyunları bütün Azərbaycana fayda gətirəcək, ona görə də, Mingəçevir şəhərini dünya səviyyəli idman məkanı kimi tanıtmağa kömək edəcək yerli könüllülərin olması bizim üçün olduqca vacibdi".

Mingəçevir öz su anbarları ilə məşhurdur. Orada üç yarış günü ərzində 350 nəfər idmançı qızıl medal uğrunda suya baş vuracaq. Ümumilikdə, 12 Baydarka yarışı (kişilər və qadınlar arasında) və üç Kanoe sprinti yarışı (yalnız kişilər arasında) keçiriləcək.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommunikasiya şöbəsinin direktoru cənab Uilyam Lui-Mari demişdir: “Mingəçevirdəki Avarçəkmə Mərkəzi yüksək keyfiyyətli obyektdir. Beynəlxalq standartlar əsasında əsaslı təmir edilmiş mərkəz region, eyni zamanda, bütün ölkə üçün uzunmüddətli fayda verəcək.

Avropa Oyunları üçün burada, Mingəçevir şəhərində könüllülük etmək və bu cür tarixi yarışların mühüm hissəsi olmaq imkanını təklif etməkdən çox şadıq".

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) gələn ilin yayında keçiriləcək yarışlarda mühüm rolları yerinə yetirəcək 12000 nəfər könüllünü işə cəlb edəcək. Könüllülər Oyunlar zamanı yüksək vəzifəli şəxslərin və idmançıların qarşılanması, idman yarışlarında işləmək, yaxud media üzvlərinə köməklik göstərmək kimi rolları icra emək imkanı əldə edəcəklər.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru Nar Mobile Bakı 2015 Avropa Oyunlarının Könüllü proqramının rəsmi sponsorudur. Nar Mobile, habelə, 12000 könüllü üçün Avropa Oyunları ilə bağlı ən son xəbərlərdən məlumatlı olmalarına imkan yaradacaq yeni innovativ mobil proqram yükləməsi yaradacaq. (Bakı-2015)

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.