14 noyabr 2014 00:05

Bakı-2015-in rəhbər şəxsləri MOKA Baş Assambleyasında son yeniliklər haqqında məlumat veriblər

Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin rəhbər şəxsləri Taylandın Banqkok şəhərində Milli Olimpiya Komitələri Assosiasiyasının XIX Baş Assambleyasında ilk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar əldə edilmiş irəliləyişlər haqqında məlumat veriblər. Azerisport.az xəbər verir ki, 7-8 noyabr tarixlərində keçirilən tədbirə MOKA ev sahibliyi edib və buraya dünyanın Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan 204 Milli Olimpiya Komitəsinin (MOK) nümayəndələri cəlb olunub.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti cənab Çingiz Hüseynzadə və sözügedən komitənin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Könül xanım Nurullayeva tədbirdə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru cənab Saymon Kleq və onun komandası ilə birlikdə iştirak ediblər.

MOKA Baş Assambleyasında çıxış edən xanım Nurullayeva deyib: “Gələn il biz Bakıda keçiriləcək və Azərbaycanın idman tarixində bu günə qədərki ən qürurverici an olan ilk Avropa Oyunlarına şahidlik edəcəyik.

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsində fəaliyyət göstərən hər kəsin və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsində çalışan dostlarımızın zəhmətkeşliyi sayəsində biz gələn il dünyanı Azərbaycanda salamlamağa hazır olacağıq. Bu, Avropa idmanının şərəfli tarixində yeni səhifə açacaq bayram olacaq".

Cənab Kleq və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin komandası Avropanın Milli Olimpiya Komitələrinin Prezidentlərinə və Baş Katiblərinə Avropa Oyunlarının Avropada və dünyada yayımı haqqında imzalanmış sazişləri ilə bağlı yenilikləri çatdırıblar.

Onlar həmçinin idman proqramı ilə əlaqədar son irəliləyişlər və Bakı 2015-in uğurla həyata keçirdiyi ilk üç sınaq yarışı haqqında da ətraflı məlumat veriblər.

Cənab Kleq bildirib: “Bu vaxta qədər mühüm təcrübələr qazanmışıq və komandamız Avropanın bütün Milli Olimpiya Komitələrinə ən yaxşı xidmətin göstərilməsi, onların ilk Avropa Oyunlarından ən yaxşı təəssüratlar alması məqsədi ilə gələn ilin əvvəllərinə planlaşdırılan çoxsaylı sınaq yarışları ilə inkişaf etməyə davam edəcək".

Baş ofisi İsveçrənin Lozanna şəhərində yerləşən MOKA 1979-cu ilin iyun ayında təsis edilib və məqsədi idmançıların və bütövlükdə Olimpiya Hərəkatının mənafeyi naminə dünyanın 204 Milli Olimpiya Komitəsini dəstəkləməkdi. (Bakı-2015)

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.