12 noyabr 2014 18:55

Bakı-2015-ə daha bir rəsmi dəstəkçi

Bakı 2015 Avropa Oyunları gələn il keçiriləcək tarixi idman yarışlarının Rəsmi Radio Kommunikasiyaları Dəstəkçisi kimi Motorola Solutions şirkəti ilə əməkdaşlığa başlayır. Azerisport.az xəbər verir ki, Motorola Solutions şirkəti mühüm kommunikasiya həlləri, ictimai təhlükəsizlik və kommersiya istehlakçılarına xidmət sahəsində aparıcı provayderdir. Şirkət sazişin bir hissəsi olaraq olan tədbirin maneəsiz və effektiv kommunikasiya və koordinasiya edilməsi məqsədilə Bakı 2015 üçün rəqəmsal radio xidmətləri göstərəcək.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru cənab Saymon Kleq demişdir: “Bu müqavilə Motorola Solutions şirkətinin Bakı 2015-ə dəstək göstərmək üçün geniş təcrübəsindən istifadə edəcəyini göstərir.

“Bu çox vacibdir ki, biz Oyunlar zamanı öz aramızda müntəzəm yüksək keyfiyyətli kommunikasiya qurmaq imkanına malik olacağıq. Biz birlikdə çalışacağıq və tarixdə ilk Avropa Oyunlarının uğurla həyata keçirilməsində Motorola Solutions mühüm rol oynayacaq.”

Motorola Solutions şirkətinin Şərqi Avropa, Rusiya və Mərkəzi Asiya üzrə vitse-prezidenti cənab Aksel Rettiq demişdir: “Motorola Solutions şirkəti uzun illərdir ki, iri beynəlxalq idman yarışları üçün uğurlu və etibarlı kommunikasiya xidmətləri göstərmişdir. Bakı 2015-in Rəsmi Dəstəkçisi olmağımız bizim üçün şərəfdir və biz qarşıdan gələn aylarda onlarla birgə işləməyi səbirsizliklə gözləyirik.”

Sazişin bağlanması ilə Motorola Solutions McDonald’s Azərbaycan, Tickethour, Milla və Sitecore şirkətlərindən sonra Bakı 2015-in beşinci Rəsmi Dəstəkçisinə çevrildi.

Bakı 2015-in Kommersiya şöbəsinin direktoru cənab Çarli Viceratna demişdir: “Rəsmi Tərəfdaş və Dəstəkçilərimizin siyahısına növbəti böyük brendin əlavə edilməsi Bakı 2015 layihəsi üçün çox əhəmiyyətlidir. Biz kommerisya proqramının hazırlanmasından çox məmnunuq və hal-hazırda ümumilikdə 11 Rəsmi Tərəfdaş və Dəstəkçimizin olduğunu, daha çoxunun isə növbəti bir neçə həftədə əlavə olunacağını elan edirik.”

Motorola Solutions şirkəti ictimai təhlükəsizlik və kommersiya müəssisələri üçün radio xidmətləri göstərən təchizatçıdır. Şirkət bütün dünyada müştəri bazasına xidmət göstərir və 85 illik təcrübəyə malikdir. Dünyanın 120-dən çox ölkəsindən olan müştərilər Motorola Solutions şirkətinin təcrübəsinə güvənir. Şirkət iri miqyaslı idman tədbirlərində, həmçinin bir çox Olimpiya Oyunlarında və dünyada mühüm futbol turnirlərində kommunikasiya xidmətlərini uğurla həyata keçirmişdir.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.