7 noyabr 2014 18:00

Bakı-2015-də Milli Federasiyalar Forumu

Bakı 2015 Avropa Oyunları gələn ilin yayında keçiriləcək tarixi idman yarışlarında idmançılarının yarışacağı Azərbaycan idman federasiyalarının nümayəndələrini qəbul etmişdir. Azerisport.az xəbər verir ki, birinci Avropa Oyunlarının proqramına daxil edilmiş 20 idmandan 19-na aid milli federasiyanın 50-dən çox üzvü Bakı 2015-in baş ofisində keçirilmiş forumda iştirak etmişdir.

Federasiya üzvlərinə Bakı 2015-in bir sıra şöbələri, o cümlədən, Akkreditasiya, Mətbuat Əməliyyatları, Nəqliyyat və İşçi qüvvəsi şöbələri tərəfindən Oyunlarla bağlı gedən hazırlıq işləri və Oyunlar zamanı yerinə yetirilməsi gözlənilən vəzifə və əməliyyatlar barəsində ən son məlumatlar verilmişdir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru cənab Saymon Kleq demişdir: “Bu cür tədbirlər Avropa Oyunları ilə əlaqədar gördükləri hazırlıq işlərinə yardım etmək üçün milli federasiyalar ilə məlumat mübadiləsi baxımından çox əhəmiyyətlidir.

“Bakı 2015 azərbaycanlı idmançılara tarixə yazılmaq və öz vətənlərində birinci Avropa Oyunları çempionu olmaq imkanını təklif edir.

“Əminəm ki, öz vətənində və pərəstişkarlıq edən minlərlə azarkeş qarşısında keçirilən Oyunlarda yarışmaq bütün azərbaycanlı idmançılar üçün xüsusi an olacaq. Oyunlarla əlaqədar geri sayıma davam edirik və mən Oyunlarla bağlı hazırlıqlarında onlara uğurlar arzulayıram.”

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin İdman şöbəsinin direktoru cənab Pirs O`Kallahan demişdir: “Bugünkü tədbirdə milli idman federasiyalarından bu qədər çox nümayəndənin iştirak etməsindən və gələn il keçiriləcək tarixi yarışlarla əlaqədar gördüyümüz hazırlıq işləri ilə bağlı əldə olunmuş irəliləyişlərə dair son məlumatları almalarından çox məmnunam.

“Avropanın ən yaxşı idmançılarını iştirak üçün cəlb edəcək Avropa Oyunları Bakıda keçiriləcək fantastik idman bayramı olacaq və biz bütün Azərbaycanın və Avropanın qürur duyacağı yarışları keçirmək üçün çalışırıq.”

Bakı şəhəri gələn ilin 12 -28 iyun tarixlərində birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Azərbaycan tarixində ən böyük idman tədbiri olacaq 17 günlük yarışlarda Avropa Milli Olimpiya Komitələrindən 6000-dən çox idmançı iştirak edəcək.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.