4 noyabr 2014 17:45

Bakı-2015 Doha GOALS forumunda

Bu gün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq Qatarın Doha şəhərində keçirilmiş Doha GOALS forumunda aparılmış “İdman Kütlələr üçün” adlı debatda çıxış etmişdir. Azerisport.az xəbər verir ki, kütləvi idman yarışlarının idman mədəniyyətinin qurulması və idmanın yeni sahələrdə yayılması üçün vasitə kimi təbliğinə yönəldilmiş debata üç qat tullanma üzrə Olimpiya çempionu və dünya rekordçusu Conatan Edvards rəhbərlik etmiş və orada idman dünyasının bir sıra mütəxəssisləri iştirak etmişdir.

Bakı şəhəri gələn ilin 12-28 iyun tarixlərində birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Azərbaycanın tarixində ən böyük idman tədbiri olacaq 17 günlük yarışlarda Avropa Milli Olimpiya Komitələrindən 6000-dən çox idmançı iştirak edəcək.

Cənab Kleq demişdir: “Doha GOALS forumu birinci Avropa Oyunlarının, Bakı şəhərinin və Azərbaycanın dünyada təbliği baxımından bizim üçün çox gözəl imkandır.

“Azərbaycan müasir və böyük Avropada dinamik məkan kimi nüfuz qazanmağı səbirsizliklə gözləyir və biz Oyunların Azərbaycanın zəngin tarixinə öz töhfəsini verməsini istəyirik.”

3-5 noyabr tarixlərində keçiriləcək forum idmanın bütün dünyadakı sosial və iqtisadi dəyişikliklər üçün təkanverici qüvvə rolunu oynayır və bu rolun təşviqi məqsədilə nəzərdə tutulan bir təşəbbüsdür.

Cənab Kleq əlavə etmişdir: “Gördüyümüz işin mühüm hissəsini təcrübəli beynəlxalq komandamızın azərbaycanlı işçi heyəti ilə yanaşı işlədiyi və öz təcrübəsini bölüşdüyü vaxtda qurulmaqda olan insan mirasını yaratmaq təşkil edir.

“Heç şübhə etmirəm ki, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsində bilik və bacarıqlarını təkmilləşdirməkdə olan işçi heyəti burada qazandıqları təcrübələrini gələcəkdə baş tutacaq və dünyanı valeh edəcək yarışların yüksək səviyyədə təşkili və idarə edilməsi üçün istifadə edəcəkdir.

“Bütün qitəni idman bayramında bir araya gətirəcək Bakı 2015 Avropa Oyunları təkcə Azərbaycan tarixinə əlamətdar an kimi daxil olmayacaq, eyni zamanda, Avropa idmanının şərəfli tarixində yeni fəsil açacaq.”

Doha GOALS – Bütün Liderlərin İdmanda Toplanması – platforması 2012-ci ilin yanvar ayında Qatar əmiri Şeyx Tamim bin Hamad Əl Taninin himayəsi altında yaradılmışdır. Forumun bu ilki gündəliyinə daxil edilmiş digər mövzular arasında idmanda irqçiliyə və ayrı-seçkiliyə qarşı mübarizə, qlobal idman etikası və qadınların idmanda iştirakı ilə bağlı baxışların dəyişdirilməsi də yer alır.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.