30 oktyabr 2014 16:30

Bakı-2015: Serbiyanın Gənclər və İdman naziri Azərbaycanda

Dünən Bakı 2015 Avropa Oyunları təşkilatın baş ofisində Serbiyanın Gənclər və İdman naziri cənab Vanja Udovicici salamlamışdır. Azerisport.az xəbər verir ki, siyasətə gəlməzdən öncə cənab Udovicic ölkəsinin ən istedadlı Su polosu oyunçularından biri olmuşdur. O, üç Olimpiya medalı – 2004-cü il Afina Olimpiya Oyunlarında gümüş, 2008-ci il Pekin Olimpiya Oyunlarında və 2012-ci il London Olimpiya Oyunlarında bürünc medal qazanmışdır.

Cənab Udovicic Azərbaycana Gənclər Siyasəti üzrə Qlobal Forumda iştirak etmək məqsədilə səfər etmişdir. O, gələn il keçiriləcək İlk Avropa Oyunlarının hazırlıqları zamanı əldə edilmiş nailiyyətlər və irəliləyişlər ilə bağlı ən son yeniliklər barəsində məlumatlandırılmışdır.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq demişdir: “Cənab Udovicici Bakı 2015 Avropa Oyunlarının baş ofisində salamlamaq bizim üçün çox xoş oldu.

Serbiya İlk Avropa Oyunlarına ən güclü idmançılardan ibarət komanda göndərəcək və biz həmin idmançıları gələn il burada baş tutacaq yarışlarda salamlamağı səbirsizliklə gözləyirik.”

Kvalifikasiya prosesinin 50 %-ni tamamlayan Serbiya bu vaxta kimi Basketbol 3x3, Boks, Kanoe Sprinti, Gimnastika və Güləş yarışlarında iştirak edəcək idmançıları seçmişdir.

Cənab Udovicic demişdir: “Mən Bakı 2015-in baş ofisinə və bəzi yarış obyektlərinə səfər etməkdən çox məmnun oldum. Bu səfər, eyni zamanda, gələn il keçiriləcək Avropa Oyunlarının baş tutması üçün çalışan Bakı 2015 komandasının serbiyalı üzvləri ilə də görüşmək üçün gözəl fürsət oldu.

Serbiyalı idmançılarımız çoxsaylı idman növləri üzrə keçiriləcək və əsas yarışlardan biri kimi beynəlxalq təqvimə yazılacaq Avropa Oyunlarının mühüm hadisə olduğundan xəbərdardırlar. Ona görə də onlar ölkəmizi burada, Bakı şəhərində təmsil etmək imkanını əldə etməyi böyük səbirsizliklə gözləyirlər.”

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.