27 oktyabr 2014 18:00

Azad Rəhimov BMT-nin baş katibi ilə Bakı-2015-i müzakirə etdi

Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının Baş Katibi cənab Ban Ki Munla görüşüb. Azerisport.az xəbər verir ki, görüş zamanı oktyabr ayının 28-30 tarixlərində Bakı şəhərində keçiriləcək Gənclər Siyasəti üzrə  I Qlobal Foruma son hazırlıq məsələləri müzakirə edilmiş,  Forumun keçirilməsində göstərdiyi dəstəyə görə nazir Baş Katibə təşəkkürünü bildirmişdir. Azad Rəhimov  görüşdə həmçinin ölkəmizdə həyata keçirilən gənclər və idman siyasəti, bu sahələrdə əldə olunan uğurlar və gələcək planlarla bağlı ətraflı məlumat vermişdir.

Gənclər və idman naziri eyni zamanda Bakı şəhərində 2015-ci ildə keçiriləcək İlk Avropa Oyunları və onlara hazırlıq haqqında məlumat vermiş, Oyunların Avropa qitəsində ilk dəfə keçirilməsnini mahiyyətini və əhəmiyyətini vurğulamışdır.

BMT-nin Baş Katibi Ban Ki Mun ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan işlərə yüksək qiymət vermiş, həyata keçirilən uğurlu siyasətin ölkəmizin inkişafına yönəldiyini vurğulamışdır. Ölkəmizin uğurlu geostrateji məkanda yerləşməsini və regionda tutduğu və oynadığı mühüm rolu vurğulayan Baş Katib ölkəmizdə bir çox mövzular üzrə beynəlxalq tədbirlərin keçirilməsini də müsbət qiymətləndirmişdir.

Sonda Baş Katib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə oz salamlarının çatdırılmasını xahiş etmişdir. (AGİN mətbuat xidməti)

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.