24 oktyabr 2014 13:30

Avropa Oyunları hər kəs üçün!

Məktəb şagirdlərini gələn ilin yayında keçiriləcək İlk Avropa Oyunları haqqında məlumatlandırmaq və maarifləndirmək məqsədilə Bakı 2015 Avropa Oyunları bu gün Azərbaycan məktəbləri arasında “Avropa Oyunları Hər Kəs Üçün” adlı ümummilli tura başlayacaq. Azerisport.az xəbər verir ki, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) bir qrup işçisindən ibarət komanda növbəti səkkiz ay ərzində ölkənin 57 rayonuna səfər edərək bir sıra təqdimatlar, mühazirələr və idman nümayişləri keçirəcəklər.

Bakı 2015 komandası, 500-dən çox məktəbə səfər edərək 14-17 yaş arası ölkə gəncləri arasında Azərbaycanda indiyədək keçiriləcək ən böyük idman yarışları barəsində ətraflı məlumatlandırma işi aparmaqla onları yarışlara həvəsləndirməyi planlaşdırır.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq demişdir: “Birinci Avropa Oyunlarının özündən sonra qoyacağı uzunmüddətli irsin bir hissəsi Azərbaycanın ilk inkişaf mərhələsini yaşayan idmançılarının həvəsləndirilməsindən ibarətdir.

Bakı 2015 mesajını ölkədə yaymaqla, Rayon Məktəbləri Turu təşkilatçı şəhərdə insanlarda yaranmış həyəcanı ölkənin rayonlarında da paylaşılmasına kömək edəcək.

Bütün Azərbaycan Bakı 2015-in əldə etdiyi nailiyyətlər ilə fəxr edəcək, ona görə də, ölkə gənclərinin Avropa Oyunları barədə ətraflı məlumatlandırılmasına və maarifləndirilməsinə köməklik göstərməyimiz vacibdir.”

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Korporativ Direktoru cənab Elçin Səfərov demişdir: “Bakı 2015 Avropa Oyunları Azərbaycanın tarixində çox mühüm məqamdır və biz Oyunlarla bağlı yaşadığımız həyəcan hissini və əldə etdiyimiz irəliləyişlərlə bağlı xəbərləri ölkənin bütün rayonları ilə paylaşmaq istəyirik.

Gənclərimiz ilk dəfə olaraq dünya səviyyəli idman obyektlərində keçiriləcək elit idman yarışlarını izləmək imkanı əldə edəcəklər. Biz onların Avropa Oyunları haqqında məlumatlı olması və Oyunlarla bağlı istənilən informasiyanı asanlıqla əldə etməsindən əmin olmaq istəyirik.”

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.