21 oktyabr 2014 17:45

Azad Rəhimov BMT-nin Baş Asambleyasında Bakı-2015-i təqdim etdi

Azərbaycan Respublikasının gənclər və idman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru cənab Azad Rəhimov ABŞ-ın Nyu-York şəhərində yerləşən BMT-nin Baş Assambleyasında “İnkişaf və sülh naminə idman” mövzusunda çıxış edib. Azerisport.az xəbər verir ki, cənab nazir Rəhimov, həmçinin qonaqlarla birlikdə nahar edib, 2015-ci il iyun ayında Bakıda keçiriləcək Avropa Oyunları haqqında əsas faktlardan danışıb.

Cənab Rəhimov nümayəndələrlə söhbətində demişdir: “Azərbaycan dünyada idman dövləti kimi tanınmağa başlayır. Ölkəmiz böyük tədbirlərə ev sahibliyi etməklə mühüm təcrübə qazanmışdır.

17 gün ərzində davam edəcək Avropa Oyunlarında Avropadan 6000-dən çox idmançı 20 idman növündə sülh, ədalət, dostluq və birlik prinsipləri əsasında yarışacaqlar.

Avropa Oyunlarına hazırlaşmaq üçün 2 ildən bir az çox vaxtımızın olmasına baxmayaraq, ölkəmiz bu İlk Oyunları ən yüksək səviyyədə keçirmək əzmindədir”.

Cənab nazir Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi Azərbaycanın birinci xanımı, Mehriban Əliyevanın rəhbərliyindən bəhs edib.

O, həmçinin Avropa Oyunlarının Azərbaycana qoyacağı mirasdan və Bakı 2015 üçün tikilən yeni idman obyektlərinin uzunmüddətli əhəmiyyətindən danışıb.

Cənab Rəhimov əlavə etmişdir: “Orta yaşı 30.1 olmaqla ölkə əhalisinin böyük hissəsini gənclər təşkil edir.

Əhalinin 40%-i 24 yaş altındadır. Bu cür statistik göstərici ilə biz xalqımızı gözəl idman infrastrukrutları ilə təmin etməyi öhdəliyimiz və məqsədimiz olaraq hiss edirik.
Faktiki olaraq, təkcə son 10 il ərzində bütün ölkə ərazisində 50-dən çox dünya standartlarına cavab verən idman obyekti inşa etmişik. Bu idman infrastrukturu əhalimizin idman obyektlərindən istifadəsini təmin edir və fərdlər üçün tamamilə ödənişsizdir.’’

Cənab Azad Rəhimov, həmçinin Birləşmiş Millətlər Təşkilatının 69-cu Baş Assambleyasının prezidenti cənab Sam Kutesa ilə görüş keçirib.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.