20 oktyabr 2014 18:15

İsveçrəli və Ukraynalı idmançılar Bakıda qələbə qazanıblar

İsveçrəli idmançı Martin Fanqer və Ukraynalı idmançı Yana Belomoynanın qələbə qazanması ilə Bakı 2015 Avropa Oyunlarının Dağ Velosipedi idman növü üzrə keçirilmiş sınaq yarışı böyük uğur qazandı. Azerisport.az xəbər verir ki, kişi velosipedçilər arasında keçirilmiş yarışda 26 yaşlı Fanqer 1 saat, 37 dəqiqə, 52 saniyə göstərici ilə önə keçərək qızıl medal qazanıb. Onun həmyerlisi Mark Ştuzmann və yunanıstanlı Dimitrios Antoniadis isə müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.

21 yaşlı Belomoyna küləkli hava şəraitində güclü performans göstərərək 1 saat, 24 dəqiqə, 46 saniyə ilə finişi 1-ci keçib. Sonrakı iki yeri İsveçrəli idmançılar Katrin Stirnemann və Linda İnderqand tutub.

Kişi velosipedçilərin yarışında dünyanın 35-ci ən yaxşı dağ velosipedi idmançısı olan Fanqer yarışa favorit idmançı kimi başlamış və yarışdan sonra demişdir: “Yol yaxşıdır. Bəzi texniki hissələr və yaxşı enişlər var, ancaq külək bəzən problemlər yaradırdı. Qum və çınqıl ilə getmək elə də asan deyildi – bəzi künclər çox texnikidir.”

Fanqer sınaq yarışını yüksək qiymətləndirmiş və demişdir: “Təşkilatçılıq yüksək səviyyədədir. Sınaq yarışlarının bu cür keçirilməsi vacibdir və bu sınaq yarışı mənim yadımda uzun müddət qalacaq.”

Dünyanın 22-ci ən yaxşı Dağ velosipedi idmançısı olan Belomoyna qələbəsinin ardınca bu sözləri demişdir: “Yol və təşkilatçılıq yüksək səviyyədədir, ancaq küləkli hava bəzi problemlər yaratdı. Bununla belə, özümü yaxşı hiss edirəm və düşünürəm ki, bu sınaq yarışı 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlaşmaq üçün məndə stimul yaradacaq.”

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin İdman şöbəsinin direktoru Pirs O`kallahan demişdir: “Dağ Velosipedi üzrə keçirilmiş sınaq yarışı gələn il baş tutacaq birinci Avropa Oyunlarına mükəmməl şəkildə hazırlaşmaq üçün çox gözəl yarış oldu.”

“Sözügedən yarış burada bugünədək keçirilmiş ilk beynəlxalq dağ velosipedi sınaq yarışı və ölkədə yalnız ikinci dağ velosipedi sınaq yarışı olduğundan böyük uğur hesab edilir. Biz gələn il baş tutacaq Oyunlardan qabaq yolu yenidən nəzərdən keçirib təkmilləşdirəcəyik ki, idmançılar öz imkanlarını göstərə bilsinlər.”

“İlk üç yeri qazanmış idmançıları təbrik edir və onları gələn il bir daha burada salamlamağa ümid edirik.”

Avropa Velosiped idmanı Birliyinin Dağ velosipedi üzrə texniki nümayəndəsi cənab Tieri Merikal demişdir: “İdmançılar üçün yeni və çətin şərtlərin mövcud olduğu məkanda keçirilən Bakı Hazırlıqları sınaq tədbiri mükəmməl yarış idi.”

“Hər iki yarış kifayət qədər əyləncəli idi və biz tədbirin hərtərəfli və professional təşkilindən çox razı qaldıq.”

Bakı 2015-də Velosiped idmanın hər 3 bölməsi üzrə Rio 2016 Olimpiya Oyunları üçün reytinq xalları veriləcək.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.