17 oktyabr 2014 13:55

Bakı-2015 Dağ Velosipedi sınaq yarışı keçirəcək

Bakı 2015 Avropa Oyunları bu həftəsonu Dağ Velosipedi sınaq yarışına ev sahibliyi edir. Bu, gələn il keçiriləcək möhtəşəm tədbirə hazırlıqlar seriyasının sonuncu mərhələsidir. Azerisport.az xəbər verir ki, yarış Dağ Velosipedi Veloparkında keçiriləcək. Rəqiblər tamamilə yeni tras üzrə iki günlük təlim sessiyası keçdikdən sonra tədbir başlayacaq.

Ümumilikdə, 8 milləti təmsil edən 9 komanda 18 oktyabr şənbə günü həyəcanverici yarışda iştirak etməyə dəvət edilib.

Bakı 2015-in İdman şöbəsinin direktoru cənab Pirs O’Kallahan demişdir: “Dağ Velosipedi sınaq yarışı ilk Avropa Oyunlarına doğru düzgün yolu tutduğumuza əmin olmaq üçün ideal fürsətdir.

Yarış ilk öncə təhlükəsiz, lakin eyni zamanda sürətli və idmançıları sınağa çəkəcək şəkildə tərtib olunub, odur ki, bizi iki məşq günü və bir yarış günü xeyli həyəcan və sürpriz gözləyir.

Mükəmməl sınaq tədbiri üçün bütün komandaları Bakıda salamlamağı səbirsizliklə gözləyirik.

Biz əminik ki, velosipedçilər Dağ Velosipedi Veloparkını çox bəyənəcəklər və tədbir bizim komandamızın təcrübəsi baxımından Avropa Oyunlarına hazırlaşmağımız üçün çox faydalı olacaq.”

Test tədbirində Azərbaycan, Gürcüstan, Yunanıstan, Livan, Rusiya, İsveçrə, Türkiyə və Ukrayna velosipedçiləri yarışacaqlar.

Beynəlxalq Velosipedçilər İttifaqının təqvimində Yarışın C3 sinfinə aid olduğu qeyd edilib. Tədbir Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) tərəfindən Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birlikdə təşkil edilir.

Sıçrayış, körpü, bir zolaqlı yol, sıldırımlı eniş və yoxuş bölmələri kimi bir neçə texniki xüsusiyyəti olan tras 4.1 kilometr təşkil edir. Yarışda cəmi 29 idmançı öz ölkəsini təmsil edəcək.

Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq demişdir: “Bizim Dağ Velosipedi tədbirimiz ilk Avropa Oyunlarının önəmli məqamlarından biri olacaq, odur ki, bu həftəsonu keçiriləcək sınaq yarışı həm velosipedçilər, həm də bizim təşkilatın gələn ilə hazırlığı baxımından özünü sınaması üçün böyük fürsətdir.

Bu il keçirilən Avropa Ritmik Gimnastika Çempionatı və Gənclərin Atletika üzə Avropa Olimpiya Sınaq Yarışlarından sonra, bu sınaq yarışı bizim sistem və strukturlarımızı bir daha test etməyə, bizə 2015-ci ilin iyun ayında qitənin ən yaxşı idmançılarına ev sahibliyi etmək üçün daha yaxşı hazırlaşmağa imkan verəcək".

Bakı 2015-də, Velosiped idmanının 4 bölməsi üzrə Rio 2016 Olimpiya Oyunları üçün kvalifikasiyaya reytinq balları veriləcək.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.