15 oktyabr 2014 17:40

Olimpiya çempionu Bakı-2015-in qonağı oldu

Dünən Bakı 2015 Avropa Oyunları Azərbaycana səfər etmiş Rusiyanın güləş üzrə əfsanəvi idmançısı Buvaysar Saytiyevi salamlamışdır. Azerisport.az xəbər verir ki, üç dəfə Olimpiya çempionu olan və sərbəst güləş üzrə dünyanın ən yaxşı idmançısı kimi tanınan Saytiyev Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq ilə görüşmüş və Avropa Oyunlarının baş ofisi ilə tanış olmuşdur.

Eyni zamanda, 6 dəfə dünya və 6 dəfə Avropa çempionu olmuş cənab Saytiyev Bakıya səfərinin bir hissəsi kimi Bakı 2015 Avropa Oyunlarının keçiriləcəyi bir neçə idman obyektinə də baş çəkmişdir.

Cənab Kleq demişdir: “Cənab Saytiyevi burada qəbul etmək və onun gələn ilin yayında keçiriləcək birinci Avropa Oyunlarına ev sahibliyi edəcək obyektlərdən bəzilərinə baş çəkməsi bizim üçün böyük şərəf idi.”

“Güləş Azərbaycanda ən məşhur idman növlərindən biridir və cənab Saytiyev haqlı olaraq güləş əfsanəsi hesab olunur. Ona görə də onun Bakıya səfəri və dünya səviyyəli təcrübəsini komandamız ilə bölüşməsi bizim üçün xoş oldu.”

Cənab Saytiyev 10 ildən artıqdır ki, sərbəst güləş üzrə 74 kq çəki dərəcəsində üstünlüyünü qoruyub saxlamış və 1996-cı il Atlanta, 2004-cü il Sidney və 2008-ci il Pekin Olimpiya yarışlarında çempion olmuşdur.

Rusiyanın ən çox medalla təltif olunmuş idmançılarından biri olan Saytiyev Rusiya Federasiyasının “Dostluq” Ordeni ilə təltif edilmişdir.

Cənab Saytiyev demişdir: “Bakı 2015 Avropa Oyunlarının baş ofisinə gəlmək və onlardan gələn il keçiriləcək oyunlarla əlaqədar olaraq gedən ən son hazırlıq işləri haqqında eşitmək mənim üçün böyük şərəf oldu.”

“Bütün qitədə qeyd ediləcək birinci Avropa Oyunları böyük tarixi əhəmiyyətə malik yarışlar olacaq və mən həm Rusiyanın, həm də Avropanın elit idmançılarının bu cür möhtəşəm idman obyektlərində yarışacaqlarını səbirsizliklə gözləyirəm.”

Bakı 2015 Avropa Oyunlarında güləş üzrə yarışlar altı gün müddətində keçiriləcək. Heydər Əliyev Arenasında baş tutacaq yarışlarda sərbəst və yunan-Roma güləşi üzrə 480 idmançı 24 medal uğrunda mübarizə aparacaq.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.