15 oktyabr 2014 17:00

Bakı-2015 Könüllülər Proqramı Nar Mobile tərəfindən dəstəklənir

Bakı 2015 Avropa Oyunları Azərbaycanın bu günə kimi həyata keçirdiyi ən böyük Könüllülər Proqramına Nar Mobile tərəfindən dəstək göstəriləcəyini elan edir. Azerisport.az xəbər verir ki, sazişin bir hissəsi kimi Nar Mobile şirkəti Azərbaycanda fəaliyyət göstərən 140 və Bakı şəhərində fəaliyyət göstərən 8 əsas mağazasında geniş reklam işi aparacaq.

Bakı 2015 Avropa Oyunlarının Rəsmi Tərəfdaşı olan Nar Mobile, həmçinin, 12000 könüllünün Avropa Oyunları ilə bağlı ən son məlumatlardan xəbərdar olmasına imkan verən yeni mobil proqram yaradacaq.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq demişdir: “Bakı 2015 Avropa Oyunlarının Könüllülər Proqramı Azərbaycanlı gənclərin birinci Avropa Oyunlarının bir hissəsi olması üçün böyük imkandır.”

“Artıq könüllülərimizin işə cəlb olunmasında və onlara təlimlərin keçirilməsində Nar Mobile şirkətinin tam dəstəyini almaq çox gözəldir. Avropa Oyunlarının başlanmasına geri qalan günlərin sayımına davam edirik. Belə bir vaxtda şirkətin Azərbaycanın gəncləri ilə ünsiyyətdə olmaq bacarıqları əvəzedilməz olacaq.”

Əhalinin 58 faizini təşkil edən 34 yaşdan aşağı olan Azərbaycanın gənc nəsli ölkənin gələcək taleyinin həllində mühüm rol oynayacaq və Bakı 2015 Avropa Oyunlarından sonra qalacaq irsdən faydalanacaq.

Könüllülər Oyunlar zamanı rəsmi şəxsləri və idmançıları qarşılamaq, idman tədbirlərində çalışmaq və ya media nümayəndələrinə köməklik göstərmək kimi vəzifələri icra etmək imkanı əldə edəcəklər.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan Nar Mobile Bakı 2015 Avropa Oyunlarının rəsmi mobil telekommunikasiyalar xidməti üzrə təchizatçısıdır.

Nar Mobile şirkətinin Baş İcraçı Direktoru cənab Kent Makneli demişdir: “Avropa Oyunları möhtəşəm yarışlar olacaq və biz Könüllülər Proqramı ilə tərəfdaşlıq vasitəsilə Bakı 2015 Avropa Oyunlarına dəstəyimizi göstərməkdən fəxr hissi duyuruq.”

“Qabaqcıl texniki imkanlarımız və Azərbaycan gəncləri ilə güclü əlaqələrimiz sayəsində biz könüllülərin inkişafına kömək etmək və Oyunlardan sonra ölkədə uzunmüddətli müsbət irsin qalacağını təmin etmək üçün yaxşı imkan əldə etmişik.”

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.