14 oktyabr 2014 15:05

Bakı-2015 Ərəb Dövlətlərinin Yayım Birliyi ilə yayım müqaviləsi imzaladı

Bakı 2015 Avropa Oyunları qürur hissi ilə Ərəb Dövlətlərinin Yayım Birliyi (ASBU) ilə müqavilə imzaladığını elan edir. Azerisport.az xəbər verir ki, bu mühüm müqaviləyə əsasən ilk Avropa Oyunları Yaxın Şərqin və Şimali Afrikanın 20 ölkəsində yayımlanacaq.

Müqaviləyə görə Ərəb Dövlətlərinin Yayım Birliyi ona üzv olan yayım şirkətlərinə 17 gün davam edəcək yarışların pulsuz, canlı, Ərəb dilində tam şərhlərlə görüntülərini və lent yazılarını təqdim edəcək.

İmzalanmış müqaviləyə əsasən Oyunlar Əlcəzair, Bəhreyn, Cibuti, Misir, İraq, İordaniya, Küveyt, Livan, Liviya, Mavritaniya, Mərakeş, Oman, Qatar, Səudiyyə Ərəbistanı, Somali, Sudan, Suriya, Tunis, Birləşmiş Ərəb Əmirlikləri və Yəməndə yayımlanacaq.

Bakı 2015 Avropa Oyunlarının Əməliyyatlar üzrə Baş direktoru cənab Saymon Kleq bildirmişdir: “ Bu, Bakı 2015 Avropa Oyunları üçün çox əhəmiyyətli bir məqamdır və biz Yaxın Şərq və Şimali Afrika regionu üzrə yayım bölgəsini əhatə edən Ərəb Dövlətləri Yayım Birliyi ilə müqavilə imzalamaqdan qürur hissi duyuruq.”

“Müqavilə, Avropa Oyunlarına dünya miqyasında artmaqda olan marağın bilavasitə təzahürüdür və biz əminliklə deyə bilərik ki, bu istiqamətdə daha çox müqavilələr imzalamaqla Avropa Oyunları tam şəkildə global auditoriyanın diqqətini çəkəcəkdir.”

Olimpiya Oyunlarını yayımlama hüququna sahib olan Ərəb Dövlətləri Yayım Birliyi uzun müddətdir ki, ona üzv olan yayım şirkətlərinə yüksək keyfiyyətli idman görüntüləri təqdim edir. Şirkət London 2012 Olimpiya Oyunlarını yayımlama hüququna malik olub və regionda Rio 2016 Olimpiya Oyunlarını da yayımlayacaq.

Ərəb Dövlətləri Yayım Birliyinin Baş direktoru cənab Salah Eddine Maaoui demişdir: “Bakı 2015 ilə bu mühüm müqaviləni imzalamaq bizim üçün böyük şərəfdir. İlk Avropa Oyunları bütün Ərəb ölkələrindəki azarkeşlər üçün böyük idman bayramı olacaq. Biz bu tarixi hadisəni və həyəcanlı yarışları yayımlamağı səbirsizliklə gözləyirik.”

Ərəb Dövlətləri Yayım Birliyi Bakı 2015 Avropa Oyunlarının əsas yayımçısı olan Beynəlxalq İdman Yayımları (ISB) ilə sıx əməkdaşlıq edərək fəaliyyətlərini Bakıda yerləşən komandaları vasitəsilə həyata keçirəcəklər.

Bakı 2015-in Açılış və Bağlanış Mərasimlərinin də canlı yayımı şirkət ilə razılaşdırılıb.

Yayım üzvləri tamaşaçılara Avropa Oyunlarının geniş təqdimatını həyata keçirmək üçün rəqəmsal platformalar vasitəsilə də fəaliyyət göstərəcəklər.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.