14 oktyabr 2014 13:30

Bakı-2015-in atletika üzrə meneceri Avropa Atletika Assosiasiyası tərəfindən mükafatlandırıldı

Bakı 2015 Avropa Oyunlarının Atletika yarışları üzrə meneceri Məhərrəm Sultanzadə Avropa Atletika Assosiasiyası tərəfindən məhsuldar əməyinə və fədakar fəaliyyətinə görə mükafata layiq görülmüşdür. Azerisport.az xəbər verir ki, cənab Sultanzadə şənbə günü axşam təşkil olunmuş “Golden Tracks” şam yeməyində mərasimə dəvət olunmuş qonaqların, o cümlədən, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının vitse-prezidenti Lord Sebastyan Konun qarşısında Avropa Atletika Məşqçisi Mükafatına layiq görülmüşdür.

Bu mükafat onun heyrətamiz bacarıqlarına və dünya miqyasında beynəlxalq məşqçi kimi bir sıra müxtəlif ölkələrdə əldə etdiyi nailiyyətlərə verilən qiymətdir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq demişdir: ”Məhərrəm Avropa Oyunlarının təşkilində insanların qoyduğu irsin və onun insanların həyatını necə dəyişdirməsinin, onları təkmilləşməyə və yeni bacarıqları inkişaf etdirməyə ruhlandırmasının bariz nümunəsidir.”

”İdmançılarla məşqçilik işindən ofis mühitinə keçdiyi son doqquz ay ərzində Məhərrəm gördüyü hər bir işdə müvəffəqiyyət qazanmış və əvəzedilməz komanda rəhbərinə çevrilmişdir.”

“O, bu mükafata tam olaraq layiqdir və güc və təcrübəni özündə birləşdirən belə bir şəxsin burada, Bakı 2015 komandasında olması bizim üçün çox xoşdur.”

İlk dəfədir ki, Azərbaycanın milli məşqçisi Avropa Atletika Məşqçisi Mükafatına layiq görülür.

Cənab Sultanzadə demişdir: ”Avropa Atletika Assosiasiyası tərəfindən ölkəm və özüm üçün ilk dəfə olaraq bu cür möhtəşəm mükafat qazandığıma görə çox xoşbəxtəm və son dərəcə qürur duyuram. Bir məşqçi kimi mən yaxşı nəticələr qazanmış yüksək səviyyəli idmançılar hazırlamışam və son səkkiz ildə milli komandanın baş məşqçisi kimi çalışaraq həm Dünya, həm də Avropa səviyyəsində müsbət nəticələr göstərmişik.”

Cənab Sultanzadə, həmçinin, Milli Texniki Heyət səviyyəsinə çatmaları üçün bu yaxınlarda 150 nəfərə təlim keçmiş və iyun ayında Bakıda keçirilmiş və Avropa Federasiyası tərəfindən yüksək qiymətləndirilmiş Avropa Olimpiya Sınaq Yarışlarının Yarışlar üzrə Direktoru olmuşdur.

Şüvüllə tullanma üzrə Fransalı idmançı Renaud Lavillenie və qısa məsafəyə qaçış üzrə Hollandiyalı idmançı Dafne Şippers “Golden Tracks” təntənəli mükafatlandırma mərasimində İlin Avropa Atletləri adına layiq görülmüşlər.

Eyni zamanda, qısa məsafəyə qaçış üzrə Böyük Britaniyalı idmançı Adam Gemili və hündürlüyə tullanma üzrə Rusiyalı idmançı Mariya Kuçina “Rising Star” mükafatına layiq görülmüşlər.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.