14 oktyabr 2014 11:25

Bakı-2015-in təqdimatı Berlində gerçəkləşdi

Bakı-2015 Avropa oyunlarının təqdimat mərasinin Berlin şəhərində keçirilməsi məqsədi ilə gənclər və idman naziri Azad Rəhimov bu ölkədə rəsmi səfərdədir. Azerisport.az xəbər verir ki, 13 oktyabr 2014-cü il tarixdə Berlin şəhərinin tarixi məkanlarından biri olan Bode Muzeyində baş tutan  tədbirdə ilk olaraq qonaqlar üçün alman dilində Bakı 2015-ə həsr olunmuş film nümayiş olunub.

Daha sonra tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya Bundestaqının Cənubi Qafqaz dostluq qrupunun sədri xanim Karin Ştrents, Almaniya Olimpiya Komitəsinin prezidenti Alfons Hörman çıxış ediblər.

Nazir Azad Rəhimov öz çıxışında ilk olaraq Almaniya Azərbaycan dostluq münasibətlərindən söz açıb. Bununla yanaşı Azad Rəhimov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sədrliyi ilə birinci Avropa Oyunlarına hazırlıq məqsədi ilə görülən işlər haqda qonaqlara məlumat verib və qısa zamanda  Bakıya rəsmi səfəri gözlənilən  Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın ölkəmizin 2015 Avropa Oyunlarına hazırlıq prossesi ilə yaxından tanış olmaq imkanından məmnunluğunu qeyd edib.

Azad Rəhimov : “8 aydan sonra Bakı şəhəri Avropa oyunlarına ev sahibliyi edəcək. Hər birinizi Bakıda görmək bizim üçün çox xoş olacaq. Yarışlara 20 idman növü üzrə 6000-dən artıq atlet və 3000 rəsmi nümayəndə qatılacaq. 16 olimpiya idman  növündən 11-i Rioda keçiriləcək Olimpiya oyunlarına lisenziya qazandıracaq. 2015 Avropa oyunlarında Azərbaycan  dünyanın 50 şəhər  və 22 ölkəsinə 60-dan çox uçuş təşkil edəcək.”

Nazir Azad Rəhimov eyni zamanda öz çıxışında 2016-cı ildə ölkəmizin Formula 1 Grand Prix yarışına ev sahibliyi edəcəyi və bu məqsədlə Formula 1-in rəhbəri Bernie Ecclestoneun bir neçə gün bundan öncə Bakıya səfər etdiyini diqqətə çatdırıb. Bununla yanaşı Azad Rəhimov növbəti illərdə Bakının ev sahibliyi edəcəyi beynəlxalq turnirlər haqqda da qısa məlumat verib.

Tədbirin sonunda Ənvər Sadıxov və qrupunun müşayəti ilə konsert proqramı keçirilib.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.