13 oktyabr 2014 12:55

Bakı-2015 Gürcüstan Milli Olimpiya Komitəsinin 25-ci ildönümündə

Gürcüstan Milli Olimpiya Komitəsinin 25-ci ildönümü münasibətilə keçirilmiş tədbirlərin bir hissəsi olaraq, Bakı 2015 Avropa Oyunları Tbilisidə Müstəqil Dövlətlər Birliyinin (MDB) və Baltikyanı ölkələrin Milli Olimpiya Komitələrinin Regional Forumunda təqdimat keçirmişdir. Azerisport.az xəbər verir ki, tədbirə dəvət olunmuş qonaqları, o cümlədən, Beynəlxalq Olimpiya Komitəsinin üzvlərini birinci Avropa Oyunları ilə əlaqədar əldə olunmuş son nailiyyətlər barədə məlumatlandırmaq üçün Bakı 2015-in və Azərbaycan Milli Olimpiya Komitəsinin üzvlərindən ibarət komanda da tədbirdə iştirak etmişdir.

Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi üzrə Milli Olimpiya Komitəsi Mübadilə və Regional Forumlar proqramı çərçivəsində MDB regionundan və Baltikyanı ölkələrdən ümumilikdə 15 ölkə Gürcüstana dəvət olunmuşdur.

Nümayəndələri birinci Avropa Oyunları ilə bağlı gedən hazırlıq işləri barəsində məlumatlandıran Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Atlet Xidmətləri və Əməliyyatlar şöbəsinin direktoru cənab Ceyms Makleod demişdir: “Gürcüstan Milli Olimpiya Komitəsi tərəfindən bu cür nüfuzlu ildönümü tədbirinə dəvət olunmaq bizim komanda üçün böyük şərəf oldu.”

“Azərbaycanın qonşu ölkələrini yaxın zamanlarda əldə etdiyimiz irəliləyişlər barədə məlumatlandırmaq baxımından bu tədbirə dəvət olunmaq bizim üçün gözəl imkandır və biz həmin ölkələrin idmançılarının Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarında yarışacaqlarını səbirsizliklə gözləyirik.”

“Fürsətdən istifadə edərək Gürcüstanın Milli Olimpiya Komitəsini 25 ildə əldə etdiyi uğurlar münasibətilə təbrik etmək və gələcəkdə daha daha böyük nailiyyətlər arzulamaq istərdim.”

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Tomas Bax və Avropa Olimpiya Komitələrinin prezidenti cənab Patrik Hikki də həftə sonu keçirilmiş tədbirdə iştirak etmiş və Gürcüstan Prezidenti və Baş Naziri, eyni zamanda, 2015-ci ilin iyun ayında baş tutacaq birinci Avropa Oyunlarında iştirak edəcəklərinə ümid edən gənc idmançılar ilə görüş imkanı əldə etmişlər.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.