8 oktyabr 2014 12:30

Bakı-2015 Basketbol 3x3 yarışları üçün komandaların adını açıqladı

Bu gün Bakı 2015 Avropa Oyunları gələn il keçiriləcək yarışlarda kişilər üzrə 16 və qadınlar üzrə 16 komandanın yarışacağını təsdiq edir. Azerisport.az xəbər verir ki, İrlandiyanın qadın komandası öz ölkəsinin böyük idman tədbiri üçün basketbol yarışında ilk dəfə iştirak etmək imkanı qazanmaqla tarix yazacaq. Azərbaycan isə ev sahibi kimi hər iki yarışda təmsil olunacaq.

Təsnifat siyahısına uyğun olaraq kişilər arasında yarışlarda Rumıniya, Sloveniya, Litva, Yunanıstan, Serbiya, Belçika, İspaniya, Estoniya, İzrail, Rusiya, Azərbaycan, Türkiyə, Çexiya, İsveçrə, İtaliya və Andorra komandaları iştirak edəcək.

Eləcə də, təsnifat siyahısına uyğun olaraq  qadınlar arasında yarışlarda Rusiya, Sloveniya, Belçika, Niderland, Litva, Rumıniya, Türkiyə, İsveçrə, Ukrayna, İspaniya, İrlandiya, Çexiya, İzrail, Yunanıstan, Slovakiya və Azərbaycan komandaları qızıl medal uğrunda yarışacaqlar.

Bakı 2015-in Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq demişdir: “Biz ilk Avropa Oyunlarının başlanmasına geri qalan günləri sayırıq. Və belə bir zamanda idman yarışlarında iştirak edəcək millətlərin və komandaların adlarını təsdiq etmək imkanımızın olması bizə çox xoşdur. ”

“Mən Bakı 2015-in Basketbol 3x3 yarışlarında öz ölkələrinin iştirakını təmin etmiş bütün idmançıları təbrik edirəm və onları gələn ilin Oyunları üçün səbirsizliklə gözləyəcəyimizi bildirirəm.”

Dörd gün davam edəcək Basketbol 3x3 turnir yarışları 2000 tamaşaçı üçün nəzərdə tutulmuş müvəqqəti Basketbol Arenasında baş tutacaq.

Oyun iki komanda arasında mövqe hücumundan başlayacaq və oyunlardan dünya üzrə təxminən 250 milyondan çox  oyunçunun zövq alacağı gözlənilir.

Bakı 2015-in İdman Şöbəsinin Direktoru cənab Pirs O’Kallahan demişdir: “Yeni və innovativ idman növlərindən biri bizim proqramımıza daxil edildiyi üçün Basketbol 3x3-ə böyük maraq olacaq və ilk Avropa Oyunlarının çempionu adlandırılmaq hüququ uğrunda gərgin yarış keçəcək.

“Bu idman dünyada ən sürətlə yayılan idman növlərindəndir, odur ki, biz Avropa Oyunlarına start verəndə insanların böyük marağını gözləyirik".

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.