6 oktyabr 2014 15:00

Bakı-2015 Almaniyanın nüfuzlu idman kanalı ilə yayım müqaviləsi imzalayır

Bakı 2015 Avropa Oyunları bu gün Almaniyanın nüfuzlu idman kanalı SPORT1 ilə beynəlxalq yayım haqqında müqavilə imzaladığını qürurla elan edir. Azerisport.az xəbər verir ki, müqaviləyə görə SPORT1 kanalı Almaniyada ilk Avropa Oyunlarının eksklüziv yayımçısına çevrilərək izləyicilərin gələn yay 17 gün davam edəcək yarışların pulsuz canlı yayımından zövq almasına imkan verəcək.

SPORT1 kanalı Oyunları televiziya, internet, radio və mobil platformalar vasitəsilə əsasən canlı yayımla minimum 45 saat yayımlayacaq. Oyunların əsas məqamları ilə yanaşı, Açılış və Bağlanış Mərasimləri də canlı yayımlanacaq.

Razılaşmada həmçinin SPORT1 kanalının birinci Avropa Oyunlarını pulsuz şəkildə Avstriya və İsveçrədə, o cümlədən əlavə olaraq minimum 20 saat pullu televiziya kanallarında yayımlaması nəzərdə tutulur.

Bakı 2015 Avropa Oyunlarının Əməliyyatlar üzrə Baş direktoru cənab Saymon Kleq bildirmişdir: “Biz böyük qürur hissi ilə SPORT1 kanalının birinci Avropa Oyunlarını yayımlayacağını və bununla milyonlarla Avropalı idman həvəskarına bu tarixi hadisəni canlı izləmə imkanı veriləcəyini diqqətinizə çatdırırıq.

“Bu müqavilənin bağlanması bütövlükdə Avropa qitəsində Oyunlara böyük marağın olmasının göstəricisidir və idman həvəskarlarına müxtəlif media platformalarından ölkələrini təmsil edən idmançıların nailiyyətlərini izləmə imkanı verir.”

SPORT1 kanalı Bakı 2015 Oyunlarının əsas yayımçısı Beynəlxalq İdman Yayımları (İSB) ilə sıx əməkdaşlıq edərək fəaliyyətlərini Bakı və Almaniyada yerləşən komandaların vasitəsilə həyata keçirəcəklər. Bütün bunlar izləyicilərə ən keyfiyyətli və müvafiq yayım təmin etməklə nəticələnəcək.

SPORT1 kanalının icraçı direktoru cənab Olaf Şröder bildirmişdir: “Birinci Avropa Oyunlarının yayımçısı kimi SPORT1 kanalı üç başlıca yayım ərazisində bu tarixi hadisəni təşviq etmək rolunu öz üzərinə götürür. ”

“Ancaq SPORT1 kanalında Almaniyalı idman həvəskarları Bakıda medal uğrunda mübarizə aparacaq qabaqcıl idmançılarımızın dünya səviyyəli performansını izləyə biləcəklər. ”

Almaniya Olimpiya İdman Konfederasiyasının (DOSB) baş direktoru cənab Maykl Vesper əlavə etmişdir: “Bu, bizim qabaqcıl idmançılarımız, o cümlədən milyonlarla idman həvəskarı üçün əla xəbərdir və Bakı 2015 Oyunlarını Almaniyada təşviq etməyə kömək edəcək. Biz birinci Avropa Oyunlarının Almaniyanın nüfuzlu idman kanalında pulsuz yayımlanacağından olduqca məmnunuq.“

Müqaviləyə əsasən Avropa Oyunları Türkiyə, Rumıniya, Macarıstan və Belçika ilə yanaşı, Almaniya, Avstriya və İsveçrədə də yayımlanacaq.

Bakı 2015-in Kommersiya şöbəsinin direktoru cənab Çarli Viceratna bildirmişdir: “SPORT1 kanalının işə yanaşması və entuziazmı onu bu üç ərazidə mükəmməl yayım platformasına çevirir. Avropa Oyunları olduqca önəmli multi-idman hadisəsidir və biz səbirsizliklə izləyicilərin gözəl Bakı şəhərində keçiriləcək bu oyunları izləyəcəyi günü gözləyirik.”

SPORT1 kanalı Almaniyada nüfuzlu idman yarışlarının pulsuz yayımı üzrə 20 ildən çox təcrübəyə malikdir. Təkcə 2014-cü il ərzində bu kanal Soçi 2014 Qış Olimpiya Oyunlarında keçirilən sonuncu buzüstü xokkey turnamenti də daxil olmaqla 6000 saat mühüm idman yarışlarını yayımlayacaq.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.