4 oktyabr 2014 16:15

Bakı-2015 Avropa Oyunları Açılış Mərasimi üçün bədii direktor təyin edib

Bakı 2015 Avropa Oyunları bu gün Dimitris Papaioannounu Açılış Mərasiminin Bədii Direktoru təyin etdiyini və Açılış və Bağlanış Mərasimlərinin təşkili üçün ABŞ-ın FiveCurrents şirkəti ilə müqavilə bağladığını bəyan edir. Azerisport.az xəbər verir ki, Afina 2004 Olimpiya Oyunları Mərasimlərinin bədii direktoru olmuş tanınmış incəsənət xadimi, xoreoqraf, aktyor və yaradıcı baxışa sahib olan cənab Papaioannou bu möhtəşəm tamaşa işi üçün çox münasib hesab olunur.

Bakı 2015-in Açılış Mərasimi Azərbaycan mədəniyyətini təqdim edəcək və təşkilatçı şəhərin müasir Avropada rolunu əks etdirərək yarışan idmançılara şərəf verəcəkdir.

Cənab Papaioannou Afina 2004 Olimpiya Oyunlarındakı işindən sonra Yunanıstanın Prezidenti tərəfindən görkəmli yaradıcılıq nailiyyətlərinə görə Qızıl Xaç Şərəf Ordeninə layiq görülmüşdür.

Həmin vaxtdan o, bütün dünya üzrə həyata keçirilən və yüz minlərlə tamaşaçını birləşdirən bir sıra təməlqoyma mərasimlərinin yaradıcı müəllifi olmuşdur.

Cənab Papaioannou demişdir: “Bakı 2015-in Açılış Mərasiminin təşkili üçün təyin olunmağım mənim üçün həm şərəfdir, həm də həlli çətin, lakin maraqlı vəzifədir. Mənim arzum Azərbaycanın mədəni irsinə xas olan əsas elementlərdən istifadə edərək müasir, yeni və oynaq, lakin mədəniyyətin zənginliyinə və dərinliyinə hər zaman hörməti əks etdirən yolla bir ümumbəşəri hekayə yaratmaqdır.”

Cənab Skot Givens və cənab Mark Ponçer tərəfindən idarə olunan qabaqcıl şirkət FiveCurrents Açılış və Bağlanış Mərasimlərinin təşkili üçün təyin edilmişdir.

FiveCurrents Soçi 2014 Qış Olimpiya Oyunlarının mərasimlərini, Rio 2007 və Quadalacara 2011 Pan Amerika Oyunlarının mərasimlərini, Sinko de Mayonun 15-ci ildönümünü və Rio de Janeyroda Reveillon Kopakabana Yeni il Şənliyini həyata keçirmişdir.

FiveCurrents şirkətinin prezidenti və icraçı prodüsseri cənab Givens demişdir: “Bakı 2015 Avropa Oyunlarının Açılış və Bağlanış Mərasimlərinin təşkilinin bizə tapşırılması bizim üçün şərəfdir və bu bizi son dərəcə sevindirir. Bakını dünya səhnəsində nümayiş etdirmək və unudulmaz idman və bəşəriyyət bayramını həyata keçirmək üçün biz Dimitris Papaioannou kimi yaradıcı istedada malik biri ilə işləməyi səbirsizliklə gözləyirik.”

Bakı 2015-in Baş İcraçı Direktoru və Azərbaycan Respublikasının Gənclər və İdman Naziri cənab Azad Rəhimov demişdir: “Bakı 2015 Avropa Oyunlarının Açılış və Bağlanış Mərasimləri Bakını və Azərbaycanı dünyaya nümayiş etdirmək üçün gözəl imkandır. Mən əminəm ki, möhtəşəm idman tədbirlərinin Azərbaycanın fəxr edə biləcəyi səviyyədə keçirilməsi üçün mövcud komandamız bizə kömək edəcək.”

Həmçinin, bu gün Bakı 2015 Açılış və Bağlanış Mərasimlərində iştirak etmək üçün 6000 könüllü ifaçıya rolların verilməsini nəzərdə tutan könüllü proqramına ərizə qəbulunu elan edir.

Seçimlər noyabrda başlayacaq və Bakı 2015-in Mərasimlər komandası yaradıcılıq həvəsi olan, təşəbbüskar, enerjili və öz ölkəsini dünyaya təqdim etmək istəyənləri işə cəlb edəcək.

Bakı 2015-in Mərasimlər üzrə Direktoru xanım Katerin Uqvu demişdir: “Biz Dimitrisi və FiveCurrent komandasını Bakıda salamlamaqdan çox məmnunuq. Dimitrisin bədii təxəyyülü ilə FiveCurrent-ın təcrübəsi Açılış Mərasiminin unikal və unudulmaz olmasını təmin edəcək.

“6000 könüllü ifaçı Azərbaycanda indiyə qədər keçirilmiş ən böyük canlı tamaşanın iştirakçısına çevrilməklə yadda qalan təəssüratlardan zövq alacaqlar.”

Açılış Mərasimi 12 iyun, cümə günü yenicə tikilmiş Milli Stadionda, 68000 tamaşaçı və dünya üzrə milyonlarla televiziya izləyicisi qarşısında keçiriləcək.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.